Icma.az
close
up
RU
Televiziyaya marağın azalmasının səbəbi səviyyə deyil MŞ sədri DANIŞDI

Televiziyaya marağın azalmasının səbəbi səviyyə deyil MŞ sədri DANIŞDI

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Televiziya verilişlərinin səviyyəsi ilə bağlı tez-tez tənqidlər səslənsə də, əslində maarifləndirici, mədəniyyətimizə, incəsənətə və tariximizə dair kifayət qədər səviyyəli proqramlar yayımlanır". Bunu SİA-ya açıqlamasında Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.

"Bu baxımdan, televiziya jurnalistlərinin, xüsusilə də peşəkar jurnalistlərimizin əməyini görməməzliyə vurmağın tərəfdarı deyiləm. Azərbaycanda bir sıra televiziya kanallarında ciddi və keyfiyyətli verilişlər hazırlanır və yayımlanır. Sadəcə olaraq, bu gün insanların zaman imkanları əvvəlki illərlə müqayisədə daha məhduddur. Bir çox insan gündəlik iş rejiminin gərginliyi səbəbi ilə həmin verilişlərə birbaşa efirdə baxa bilmir. Amma texnologiyanın inkişafı və sosial medianın yayılması bu problemi müəyyən qədər aradan qaldırır. Artıq istənilən televiziya proqramına sonradan "YouTube" kanalları və digər platformalar vasitəsilə baxmaq mümkündür. Bu mənada düşünürəm ki, televiziya verilişlərinə az baxılmasının əsas səbəbi verilişlərin səviyyəsi deyil, insanların vaxt azlığı və eyni zamanda sosial mediada mövcud olan məzmun bolluğudur. Bəzən o qədər çox alternativ informasiya və əyləncə mənbəyi olur ki, tamaşaçının diqqəti yayılır. Buna baxmayaraq, televiziya hələ də maarifləndirici və ictimai dəyəri olan bir platforma olaraq öz funksiyasını yerinə yetirir"-deyə, R.Məcid fikrini tamamlayıb.

Müəllif: Günel Rəşadqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 İyun 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see155

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri