“Təmas” Regional İnkişaf İctimai Birliyin layihəsinin icrası uğurla davam edir FOTOLAR
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Təmas” Regional İnkişaf İctimai Birliyi tərəfindən həyata keçirilən «Bölgədə məişət zorakılığı və insan alverinə qarşı mübarizə tədbirlələrinin təşkili» layihəsinin icrası uğurla davam edir.
"Cebheinfo.az" xəbər verir ki, layihə çərçivəsində artıq üçüncü aydır ki, genderəsaslı zorakılıqdan zərərşəkmiş qadın və uşaqlara xidmət göstərən sığınacaq fəaliyyət göstərir.
Sığınacaqda genderəsaslı zorakılıqdan zərərçəkmiş qadın və uşaqlara psixo-sosial dəstək göstərilir, ehtiyacı olanlar təhlükəsiz sığınacaqla təmin edilirlər.
Layihənin gender-eksperti Südabə Məmmədova bildirib ki, sığınacağın fəaliyyəti, yalnız təhlükəsiz məkana çıxışı təmin etmir, eyni zamanda regionda zorakılığa məruz qalmış qadın və uşaqların sosial reinteqrasiyası, hüquqi maarifləndirilməsi və iqtisadi gücləndirilməsi üçün mühüm imkanlar yaradır.
Eyni zamanda layihə çərçivəsində maliyyənin idarə edilməsi ilə bağlı texniki iclas keçirilib. İclasda layihə komandasının üzvləri iştirak edib. Tədbirdə dövr üzrə maliyyə hesabatı təqdim edilib və layihə çərçivəsində həyata keçirilmiş xərclərin struktur təhlili aparılıb.
Maliyyə şəffaflığının təmin olunması, daxili nəzarət mexanizmlərinin tətbiqi və onların effektivliyi ilə bağlı təkliflər müzakirə edildi. Həmçinin, mövcud və potensial riskləri müəyyənləşdirərək, həmin risklərin azaldılması üçün uyğun strategiyalar təqdim edildi.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 18 İyul 2025 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















