Icma.az
close
up
RU
Təmaülləşmənin geniş vüsət alması öz bəhrəsini verir AÇIQLAMA

Təmaülləşmənin geniş vüsət alması öz bəhrəsini verir AÇIQLAMA

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

2019-2023-cü illər aralığında 11 illik buraxılış imtahanlarından maksimal bal toplayanların sayı 2024-2025-ci il maksimal bal toplayanlardan kəskin şəkildə azdır.

Son iki il ərzində əvvəlki illərə nisbətdə maksimal bal toplayanların kəskin artımı nə ilə bağlıdır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan fəlsəfə doktoru, təhsil eksperti İlqar Orucov bildirdi ki, Dövlət İmtahan Mərkəzi (DİM) imtahan suallarını tərtib edərkən şagirdin orta məktəbdə aldığı biliklərə uyğun olaraq sualları hazırlayır:

"Kənar suallar imtahana salınmır. Çətin və yaxud asanlıq dərəcəsinə görə sualları tərtib etmək mümkündür. Demirəm məsələ bununla bağlıdır. Amma pandemiya bütün dünyada təhsilin keyfiyyətinə ciddi zərbə vurdu. Pandemiya dövründə təhsil sahəsində olan mühit Azərbaycana da təbii ki, təsirsiz ötüşmədi. Pandemiya bitəndən bir müddət sonra bütün dünya onun təsirini hiss etdi. Həmin dövrdən başlayaraq ənənəvi təhsilsizlik, distant təhsilin kifayət qədər əlçatan olmaması, ümumiyyətlə, cəmiyyətin yaşadığı o depressiv faktorlar, bütün bunlar həm də imtahan nəticələrində öz təsirini göstərmiş oldu".

Müsahibimizin sözlərinə görə, orta məktəb təhsilinin keyfiyyətini artırmaq məqsədi ilə ildən-ilə işlər görülür.

"Keyfiyyətli təhsil savadlı, bilikli müəllimdən çox asılıdır. Son illərdə müəllimlərin sertifikasiyaya cəlb olunması, onların əməyinə diferensial yanaşmanın tətbiq olunması sonuncu imtahanda daha aydın göründü. Təmaülləşmənin geniş vüsət alması da öz bəhrəsini verir. Builki buraxılış imtahanlarında yüksək nəticə göstərən şagirdlər var ki, hətta bir liseyin xeyli sayda şagirdi yüksək bal toplamışdı. Lisey təmaül liseyi idi. 

Müəllimlərin işə qəbulunda şəffaflıq, sertifikasiyanın tətbiqi, təmaülləşmə – bütün bunlar şagirdlərin yaxşı nəticə qazanmasına gətirib çıxarır. Hər abituriyent DİM vasitəsilə ali məktəbə qəbul olmur. Bir qismi beynəlxalq imtahanların nəticələrinə görə nüfuzlu universitetlərə qəbul olurlar. Belə göstəricilər də kifayət qədər çoxdur", - deyə İ.Orucov bildirdi.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Aprel 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri