Apellyasiya komissiyası fəaliyyətə başlayacaq
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinə çağırışaqədərki hazırlıq rəhbəri və laborant vəzifələri üzrə işə qəbul müsahibəsinin nəticələri ilə bağlı Apellyasiya komissiyası fəaliyyətə başlayacaq.
“Cebheinfo.az” xəbər verir ki, çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsi üzrə müsahibə mərhələsində uğur qazanmayan namizədlər BŞTİ-yə, laborant vəzifəsi üzrə müsahibədə uğur qazanmayan namizədlər isə paytaxtdakı 306 nömrəli tam orta ümumtəhsil məktəbinə 24-28 oktyabr 2025-ci il tarixlərində saat 14:30-16:30 aralığında yaxınlaşaraq Apellyasiya komissiyasına müraciət edə bilərlər.
Müraciətçilərin şəxsiyyətini (şəxsiyyət vəsiqəsi), təhsilini və iş fəaliyyətini (olduğu təqdirdə) təsdiq edən sənədləri özü ilə gətirməsi vacibdir.
Qeyd edək ki, müsahibədə iştirak etmiş şəxslərin nəticələri barədə məlumat onların qeydiyyatdan keçdikləri telefon nömrəsinə SMS vasitəsilə göndərilib.
Nigar
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 22 Oktyabr 2025 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















