Təməl dalğıc kursu nu müvəffəqiyyətlə başa vuranlara sertifikatlar təqdim olunub
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 1 may, AZƏRTAC
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmrinə əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) N hərbi hissəsində "Təməl dalğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, HDQ-nin xüsusi təyinatlıları və Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçularının iştirak etdiyi tədbirdə Ümummilli Lider Heydər Əliyevin, həmçinin Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni ifa olunub.
Tədbirdə çıxış edənlər bu cür kursların keçirilməsinin hərbi qulluqçuların ixtisas və döyüş hazırlıqlarının artırılmasına mühüm töhfə verdiyini qeyd ediblər. Kurs müddətində hərbi qulluqçular gəmi altına baxış, axtarış-xilasetmə əməliyyatları və digər fəaliyyətləri praktiki yerinə yetirməklə peşəkar dalğıc bacarıqlarına yiyələniblər.
Sonda kursu müvəffəqiyyətlə başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.
Baxış sayı:101
Bu xəbər 01 May 2026 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















