Təmirə bağlanan yola daxil olan sürücü qəza törətdi VİDEO
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Təmirə bağlanan yola daxil olan sürücü qəza törədib. Nəqliyyat vasitəsi qarşısına çıxan betona çırpılıb.
"Cebheinfo.az" "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə 2 gün əvvəl paytaxtın Səbail rayonu ərazisində baş verib. Avtomobilin sürücüsü Ələsgər Əliyev deyir ki, yolda işıqlandırma olmadığından anidən qarşısına çıxan maneəni görməyib və nəticədə qəza qaçılmaz olub.
Avtomobilin sahibinin sözlərinə görə, yolun təmirə bağlandığını göstərən xəbərdaredici nişanı görməyib.
Hüquqşünas Şamil Paşayev deyir ki, sürücünün qəza törətməsinin əsas səbəbi yol ilə bağlıdırsa, hüquqi yolla dəymiş zərəri tələb edə bilər.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, zərərçəkən şəxs rəsmi olaraq quruma müraciət etdikdən sonra araşdırma aparılacaq və lazımi addımlar atılacaq.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 25 Aprel 2026 23:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















