Icma.az
close
up
RU
Təmiz Şəhər də nöqsanlar üzə çıxarılıb

Təmiz Şəhər də nöqsanlar üzə çıxarılıb

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Nəqliyyat vasitələrinin utilizasiyası üzrə operator olan "Təmiz Şəhər" ASC təhlükəsiz tullantıların idarə olunmasının səmərəliliyi və nəticəliliyinin qiymətləndirilməsi məqsədilə 2024-cü ildə aparılmış səmərəlilik auditi zamanı aşkar edilmiş bir sıra nöqsanlar bu günədək aradan qaldırılmayıb.

Reyting.az xəbər verir ki, bu barədə Hesablama Palatası məlumat yayıb.

Auditin nəticələrinə əsasən, təhlükəsiz tullantıların hərəkətində hüquqi tənzimləmənin və idarəetmənin təkmilləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tətbiq etdiyi inzibati cərimələr üzrə 2024-cü ilin əvvəlinə formalaşmış 978,6 min manat məbləğində debitor (ödənilməmiş) borcun ödənilməsi üçün təsirli tədbirlər görülməyib.

Bununla yanaşı, ASC-nin fəaliyyətə başladığı dövrdən 01.01.2024-cü ilə qədər olan maliyyə əməliyyatları nəzərə alınmaqla nizamnamə kapitalının 126,6 milyon manat artırılaraq 135,7 milyon manata çatdırılması prosesi tamamlanmayıb.

Eyni zamanda, 2021, 2022 və 2023-cü illər üzrə maliyyə hesabatlarının tərtib edilərək aidiyyəti üzrə təqdim edilməsi və dərc olunması da təmin edilməyib.

Audit zamanı dövlət əmlakının uçotunda da nöqsanlar aşkarlanıb. Belə ki, kapitallaşdırma və amortizasiya məbləğlərinin uzunmüddətli aktivlər üzrə ayrı-ayrılıqda uçota alınması ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilməyib.

Hesabatda Bakı, Sumqayıt, Gəncə, Yevlax, Şirvan, Mingəçevir, Abşeron, Ağcabədi, Bərdə və Beyləqan şəhər və rayon icra hakimiyyətlərinin tabeliyində ayrıca hüquqi şəxs kimi fəaliyyət göstərən mənzil-kommunal təsərrüfatı birliklərinin 2021–2023-cü illər üzrə maliyyə hesabatlarının təqdim və dərc edilmədiyi də qeyd olunub.

Bundan başqa, Sumqayıt şəhərində "Sumqayıt şəhər Təmizlik Departamenti" MMC-yə məxsus 110 hektar ərazidə yerləşən tullantıların zərərsizləşdirilməsi poliqonunun kənar hüquqi şəxslərin istifadəsinə verilməsi nəticəsində iqtisadi səmərənin itirildiyi, lakin bu prosesin hüquqi aktların tələblərinə uyğunlaşdırılmadığı bildirilib.

Audit sənədlərində dövlət büdcəsinin investisiya xərcləri hesabına alınmış uzunmüddətli aktivlər, o cümlədən yükdaşıyan nəqliyyat vasitələri üzrə amortizasiya xərcinin illik normasının 40 %-ə qədər məhdudlaşdırılması və nizamnamə kapitallarının uyğunlaşdırılması ilə bağlı tədbirlərin də 2024-cü ildə aparılmış yoxlamaya baxmayaraq icra edilmədiyi vurğulanır.

Sadalanan bütün nöqsanlar üzrə qərarların icrası hazırda izlənilmə mərhələsindədir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://reyting.az
archiveBu xəbər 13 Yanvar 2026 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see375

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see324

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see265

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see264

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see258

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see247

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see240

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see223

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see207

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see202

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see193

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see192

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see190

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see187

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see186

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see181

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see177

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see172

İdmandan kənar: Sürətin arxasındakı həyat

04 Oktyabr 2026 08:48see171

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri