Təmiz üz dərisinə sahib olmağın SİRRİ ASAN RESEPT
Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hər zaman baxımlı olmaq istəyən xanımların ən böyük arzusu, təmiz, ləkəsiz bir üzə sahib olmaqdır.
Lakin müəyyən səbəblərdən üzümüzdə, müxtəlif qızartılar, səpkilər, sızanaqlar peyda olur. Müxtəlif kosmetoloji prosedurlar isə bəzi xanımların büdcəsinə uyğun gəlmir. Belə olan halda evdə təbii qarışımlarla bu problemlərin yaranmasının qarşısını ala bilərsiz.
Publika.az xanım oxucularına təmiz üz dərisinə sahib olmaq üçün ev şəraitində hazırlana biləcək asan resept təqdim edir:
Qarışımın hazılanması üçün lazım olanlar:
- 2 ədəd aspirin həbi
- 1 çay qaşığı təmiz bal
- 1 çay qaşığı limon suyu
Əvvəlcə aspirin həbi yaxşı əzilib toz halına salınır. Daha sonra üzərinə limon suyu ilə bal əlavə edilir. Qarışımı həmcins kütlə alınana qədər yaxşıca qarışdırmaq lazımdır. Hazırlanan məhlulu sadəcə sızanaq olan nahiyələrə çəkin. Bu maskanın xüsusilə gecə yatan zaman istifadə edilməsi tövsiyə olunur. Yatmazdan öncə maskanı üzünüzə çəkib gecə boyu saxlayın. Səhər ilıq su ilə yuyun.
Gecə yatan zaman maskanın üzünüzdən kənara bulaşmasını istəmirsinizsə, maska bandajından istifadə edə bilərsiz.
Xatırladaq ki, resepti həftədə yalnız 1 dəfə tətbiq etmək olar. Davamlı istifadə etsəniz, müsbət nəticələr əldə edəcəksiniz.
Saglamolun.Az
Baxış sayı:100
Bu xəbər 16 Oktyabr 2026 02:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















