“Pixar”da böyük dəyişiklik 12 illik rəhbərlik başa çatır
Icma.az, Kulis.az saytına istinadən bildirir.
Dünya animasiyasının ən nüfuzlu studiyalarından biri rəhbərlik dəyişikliyinə hazırlaşır.
Kulis.az xəbər verir ki, “Pixar”ın hazırkı prezidenti Jim Morris vəzifəsini Conatan Qarsona təhvil verəcək.
Dəyişiklik 2027-ci il yanvarın 4-dən qüvvəyə minəcək. Morris studiyada 21 il çalışıb, bunun 12 ilini prezident vəzifəsində keçirib. O, bundan sonra fəxri prezident statusunu daşıyacaq və bəzi layihələrdə, o cümlədən “Incredibles 3” filminin prodüserliyində iştirakını davam etdirəcək.
Qarson 2010-cu ildən “Pixar”da çalışır və son dövrlərdə studiyanın baş meneceri vəzifəsini tutub. Yeni vəzifəsində istehsal və əməliyyat proseslərinə rəhbərlik edəcək. Baş kreativ direktor Pit Dokter isə studiyanın bədii istiqamətinə nəzarəti davam etdirəcək.
Bu dəyişiklik animasiya sənayesində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Qarşıdakı illərdə “Pixar”ın həm sevilən franşizalarına, həm də orijinal layihələrinə necə yanaşacağı maraq doğurur.
Heydər Əliyev Mərkəzində “Art Weekend”in rəsmi açılışı oldu Salli Runi ilə həmrəylik: İki uşaq yazıçısı qonorarlarını ona verəcək Türkiyədə 4-cü İbero-Amerika Yazıçılar Görüşü keçiriləcək
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 06 Noyabr 2026 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















