Təmizlənmiş su niyə təhlükəli ola bilər? Səbəb məlum oldu
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Suyun təmizlənməsi zamanı bəzi zərərli maddələr tamamilə yox olmur, əksinə, kimyəvi dəyişikliklərə uğrayaraq yeni və potensial təhlükəli birləşmələr yarada bilər.
Moderator.az “Styler”ə istinadən xəbər verir ki, Kaliforniya Universiteti və Con Hopkins Universitetinin alimləri xlor və ozon kimi dezinfeksiya vasitələrinin sudakı çirkləndiricilərlə reaksiyaya girərək əlavə zərərli maddələr yarada biləcəyini bildirirlər.
Fenol, pestisidlər və dərman qalıqları bu baxımdan diqqət çəkən çirkləndiricilər sırasındadır. Tədqiqatçılar bəzi maddələrin təmizlənmə zamanı kimyəvi quruluşunu dəyişərək sağlamlıq üçün risk yarada biləcəyini qeyd edirlər.
Mütəxəssislər karbon filtrləri, sorbentlər və bioloji təmizləmə üsullarından istifadənin, eləcə də su mənbələrinin çirklənməsinə nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 02 Noyabr 2026 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















