Icma.az
close
up
RU
Təmraz Tağıyev 3 cü dəfə Türk Dünyası Bələdiyyələr Birliyi İH nə üzvü seçildi Fotolar

Təmraz Tağıyev 3 cü dəfə Türk Dünyası Bələdiyyələr Birliyi İH nə üzvü seçildi Fotolar

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) yeddinci qurultayı baş tutub”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı TDBB-nin İdarə heyətinin üzvü, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.  

30 ölkədən 1235 nəfər bələdiyyə nümayəndəsinin iştirak etdiyi qurultay Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuşun tədbir iştirakçılarına videomüraciəti ilə başlayıb. 

Qurultayın idarə edilməsi üçün seçilən Rəyasət heyətinin tərkibində Azərbaycan nümayəndə heyətinin rəhbəri Təmraz Tağıyev də olub.

Tədbirdə TDBB-nin prezidenti, Konya Böyükşəhər bələdiyyəsinin sədri Uğur İbrahim Altay proqram xaraketerli çıxışı ilə diqqəti çəkib. TDBB-nin prezidenti çıxışında bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi, eləcə də Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan prezidentlərinin iştirakı ilə yaradılmış Türk Dövlətləri Təşkilatı Prezidentimizin uzaqgörən rəhbərliyi və üzv dövlət başçılarının töhfəsi sayəsində təkcə regional həmrəylik deyil, həm də qlobal səviyyədə səmərəli əməkdaşlıq modeli nümayiş etdirib. 

TDBB-nin baş katibi Fəxri Solak qurumun ötən dövrdəki fəaliyyəti, həyata keçirdikləri layihələr barədə hesabat xarakterli çıxış edib. Fəxri Solak çıxışında Şimali Kipr Türk Cumhuriyyəti ilə Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyası arasında əməkdaşlıq əlaqələrinin qurulması məsələsinə böyük önəm verildiyini bildirib.   

Bəzi TBMM üzvləri və bir sıra ölkə nümayəndələri ilə yanaşı, müzakirələrdə iştirak edən Təmraz Tağıyev qeyd edib ki, tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər bu iki dövlətin yerli özünüidarəetmə orqanları arasında daima inkişaf edib və bundan sonra da edəcək. Azərbaycan - Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Ulu Öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan - Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün də məqsədyönlü şəkildə inkişaf edir. Hazırda siyasi müstəvidə ölkələrimiz arasında yüksək səviyyədə münasibətlər formalaşıb.

Sədr Türkiyə - Azərbaycan dostluğunun tarixi köklərlə bir birinə bağlı olan qardaşlıq prinsipləri əsasında qurulduğunu, əsrlər boyu yaşayacağını bildirib.

Təmraz Tağıyev, həmçinin bundan sonra da Azərbaycan bələdiyyələrinin TDBB-nin işində yaxından iştirak etməklə öz töhfəsini verməyə hazır olduğunu qeyd edib.

Qurultayın yekununda yeni tərkibdə TDBB-nin İdarə heyəti formalaşıb. Uğur İbrahim Altay yenidən TDBB-nin prezidenti seçilib. İdarə heyətinin tərkibində ölkəmizi üçüncü dəfə Təmraz Tağıyev  təmsil edəcək.

Əlavə edək ki, tədbirdən bir gün əvvəl bir sıra bələdiyyə sədrlərinin də iştirak etdiyi Azərbaycan nümayəndə heyəti İstanbul şəhərində Türk Dünyası Bələdiyyələr Birliyinin inzibati binasını ziyarət edərək TDBB-nin baş katibi Fəxri Colakla görüşüblər.  

Görüşdə ikitərəfli əlaqələrin bundan sonrakı dövrdə inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.











Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 Aprel 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see442

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see279

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see207

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see189

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see187

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see183

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see179

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see179

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see177

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see160

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see158

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see157

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see155

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see150

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see148

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see144

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see140

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri