Temu da hiddət doğuran hərəkət: boykot çağırşı artır Satışa çıxarılan bu məhsullar azərbaycanlıları qəzəbləndirdi (FOTOLAR)
Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Son günlər Azərbaycanda ictimaiyyət “Temu” onlayn alış-veriş platformasında satışa çıxarılan bəzi məhsullarla bağlı ciddi narazılıq ifadə edib.
Mia.az Milli.az-a istinadla xəbər verir ki, Azərbaycan xalqı üçün xüsusi mənəvi və tarixi əhəmiyyət daşıyan 8 Noyabr – Zəfər Günü və Zəfər abidəsinə aid simvolların hamam aksesuarları, corablar və unitaz üçün ayaqaltılar üzərində təsvir olunması geniş müzakirələrə səbəb olub.
Sözügedən məhsulların bu formada istifadəsi cəmiyyətin böyük bir hissəsi tərəfindən milli dəyərlərə və tarixi yaddaşa hörmətsizlik kimi qiymətləndirilib. Sosial şəbəkələrdə və müxtəlif platformalarda mövzu ilə bağlı narazılıqlar səsləndirilib, aidiyyəti qurumların məsələyə münasibət bildirməsi tələb olunub.
Qeyd olunur ki, bu cür halların qarşısının alınması və milli-mənəvi dəyərlərə hörmət prinsiplərinin qorunması ictimaiyyət üçün mühüm əhəmiyyət daşıyır.
Yeri gəlmişkən, bu xəbərlərdən sonra sosial medianın Azərbaycan seqmentində Temu-nn ölkəmizdə boykot olunmasına çağırışlar artıb.
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 03 Yanvar 2026 14:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















