Ten Haqdan Ronaldoya sərt sözlər: O, “Yuventus”dan sonra bitdi”
Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Mançester Yunayted”in sabiq baş məşqçisi Erik ten Haq keçmiş futbolçusu Kriştiano Ronaldo haqqında sərt fikirlər səsləndirib.
Apasport.az xəbər verir ki, niderlandlı mütəxəssis ESPN-ə müsahibəsində portuqaliyalı ulduzun artıq uzun müddətdir əvvəlki səviyyəsində çıxış edə bilmədiyini bildirib.
“Ronaldo, şübhəsiz ki, futbol tarixinin ən böyük oyunçularından biridir. Komanda yoldaşları ona heyran idi və onun üçün çalışmaq istəyirdilər. Amma reallıq budur ki, son 7-8 ildə əvvəlki səviyyəsini göstərə bilmir. ‘Yuventus’dan sonra isə o, tamamilə bitdi”.
Ten Haq “Mançester Yunayted”də birlikdə çalışdıqları dövrdə yaşanan problemlərə də toxunub:
“Böyük komandalar ulduz futbolçularına dəyər verməlidir. Amma ulduzlar da komandanın maraqlarını üstün tutmalıdırlar. Ronaldo ilə əsas problemimiz bu idi. O, artıq hər gün özünü maksimum dərəcədə məşqlərə həsr edə bilmirdi. Premyer Liqada fiziki cəhətdən hazır deyilsənsə, uğur qazanmaq şansın yoxdur”.
55 yaşlı mütəxəssis “Real Madrid”in Ronaldo ilə vaxtında yollarını ayırdığını da vurğulayıb:
“‘Real Madrid’in ən böyük üstünlüklərindən biri futbolçularla nə vaxt vidalaşmaq lazım olduğunu bilməsidir. Onlar oyunçunun səviyyəsinin aşağı düşdüyünü vaxtında görürlər”.
Ten Haq sonda heç bir futbolçunun klubdan üstün olmadığını bildirib:
“Heç kim klubdan və ya milli komandadan böyük deyil. Nə Kriştiano Ronaldo, nə də Lionel Messi. Komanda hər zaman birinci yerdə olmalıdır”.
Qeyd edək ki, Ten Haq və Ronaldo 2022-ci ildə “Mançester Yunayted”də birlikdə çalışıblar. Aralarındakı fikir ayrılıqlarından sonra portuqaliyalı hücumçu həmin ilin noyabrında İngiltərə klubundan ayrılıb.
"Fənərbaxça" yeni baş məşqçisini tapdı Babək Quliyev UEFA Gənclər Liqasının oyununa təyinat alıb “Fənərbaxça”nın fan-klub liderinə sui-qəsd planı: 5 nəfər saxlanıldı “Arsenal” Premyer Liqada tarixi göstəriciyə imza atıb Günün oyunları bu kanallarda - TV AFİŞA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 02 Noyabr 2026 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















