Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Təndir çörəyinin ətri

Təndir çörəyinin ətri

Reyting.az saytına istinadən Icma.az xəbər verir.


Etibar CƏBRAYILOĞLU
Kübar və gözəl xanım, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru, televiziya məkanının ən peşəkar aparıcılarından biri, mədəniyyətimizin yorulmaz təbliğatçısı Zöhrə Əliyevanın bu gün yubileyidir.

Zöhrə xanımın titullarını tam sadalamadım, onun bir titulu da var - mədəniyyət yazarlarının dostu-sirdaşı. Gözəl Zöhrə xanım mənim də dostumdur və mən aramızdakı bu səmimi münasibətlə hər zaman fəxr etmişəm. Zöhrə xanımın da eyni cür düşündüyündən çox arxayınam.

Çünki bu dostluq illərin sınağından çıxıb. Zöhrə xanım Mədəniyyət Nazirliyinin Mətbuat xidmətinə rəhbərlik etdiyi dövrdə onunla Azərbaycanı demək olar ki, qarış-qarış gəzmişik. Gəncədən Qubaya, Gədəbəydən Masallıya, Şabrandan Balakənə, İsmayıllıdan Göygölə, Zaqataladan Siyəzənə, Qaxdan Sabirabada qədər yol getmişik. Yol yoldaşlarına qarşı son dərəcə diqqətli, onların rahatlığı üçün özünü oda-közə vurandır Zöhrə xanım. Əziz dostumuzun bu xüsusiyyətini onunla səfərlərə çıxanlar gözəl bilir.
Adətən rayonlara səfərlərimiz Mədəniyyət Nazirliyinin yerləşdiyi Hökumət Evinin qarşısından başlayırdı və səhər erkəndən yola düşürdük. Zöhrə xanım jurnalistlər üçün ayrılan avtobusa əlində isti təndir çörəkləri daxil olurdu və təbii ki, salonu təndir çörəyinin ətri bürüyürdü.
Zöhrə Əliyeva mətbuat xidməti rəhbərinin məsuliyyətini yaxşı başa düşən, bu sahəni elmi cəhətdən gözəl bilən mütəxəssislərdəndir. Təsadüfi deyil ki, həmin illərdə ən fəal mətbuat xidmətlərinin rəhbərləri ilə bağlı keçirilən sorğularda Zöhrə xanımın adı adətən ön sıralarda göstərilirdi. Həmin dövrlə bağlı bir detalı xatırlayıram. 2006-ci il yanvarın 30-u. Uzun illər mədəniyyət naziri vəzifəsində çalışmış Polad Bülbüloğlu səlahiyyətlərini Əbülfəs Qarayevə təhvil verir. Telekameralar bu maraqlı anı lentə alır. O zamanlar əvvəlki nazirin yola salınası və yeni nazirə jurnalistlər önündə uğurlar diləməsi ilk belə hadisə idi. Və bu mərasim məhz Zöhrə xanımın peşəkarlığı nəticəsində alınmışdı.

Zöhrə xanım dostluqda sədaqətli, təmənnasız, olduqca mərd xanımdı. Dostlarının çətin anlarında, ağır dəqiqələrində özünü yetirməyi bacarır, şad günlərində ürəkdən sevinir. Bu xüsusiyyəti onun bütöv bir şəxsiyyət olduğunu bir daha sübut edir.
Gözəl dostumuzun yubiley yazısına başlığı təsadüfən seçməmişəm. Çörək bizdə təkcə bərəkət, halalıq rəmzi deyil, həm də doğulduğun ocağa bağlılıqdır. Zöhrə xanım Masallının Azərbaycan elminə bəxş etdiyi tanınmış alim Qulamhüseyn Əliyevin ailəsində dünyaya göz açıb, bu dəyərli insandan tərbiyə alıb, hər zaman atasının adına, el-obada qazandığı hörmətinə layiq olmağa çalışır. Hansı vəzifədə çalışmasından asılı olmayaraq alim, jurnalist və Azərbaycan xanımı adını uca tutur.
Əziz və gözəl Zöhrə xanım, yubileyiniz mübarək! Hər zaman belə gözəl və pozitiv qalın!
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://reyting.az
archiveBu xəbər 16 Oktyabr 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see635

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see606

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see603

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see495

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see453

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see417

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see388

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see383

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see343

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see334

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see331

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see324

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see318

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see317

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see315

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see310

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see307

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see303

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see299

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see281
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri