Tennessi ştatında 200 ildən çox müddətdən sonra ilk dəfə qadının edamı planlaşdırılır
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-ın Tennessi ştatında sentyabrın 30-da 50 yaşlı Krista Paykın ölümcül inyeksiya yolu ilə edam edilməsi planlaşdırılır.
Xarici medianın məlumatına görə, hökm icra olunarsa, o, ştatda 200 ildən artıq müddətdə edam edilən ilk qadın olacaq.
Edamın yerli vaxtla saat 10:00-da Neşvildəki xüsusi rejimli həbsxanada həyata keçirilməsi nəzərdə tutulur.
Payk 1995-ci ildə cinayət törədərkən 18 yaşında olub. O, 19 yaşlı Kollin Slemmerin qətlində təqsirli bilinərək ölüm cəzasına məhkum edilib. Məhkəmə materiallarına əsasən, cinayətdə Paykla yanaşı digər şəxslər də iştirak edib.
Tennessi qubernatoru Bill Li Paykın əfv olunması ilə bağlı müraciəti təmin etməyib.
Bu mövzuda digər xəbərlər:ABŞ ın Tennessi ştatında helikopter qəzaya uğrayıb
09 Noyabr 2025 05:57
Tennessi ştatında orta məktəbdə atışma nəticəsində 4 nəfər yaralanıb
13 İyul 2025 20:52
ABŞ nin Tennessi ştatında güclü yağışlar nəticəsində 3 nəfər ölüb
13 Avqust 2025 19:18
İndiana ştatında 15 ildən sonra ilk dəfə məhbus edam edilib
18 Dekabr 2024 15:38
Virciniya ştatında mühüm görüş...
30 Sentyabr 2025 09:14
Baxış sayı:22
Bu xəbər 30 Sentyabr 2026 05:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















