Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

Tənqidsiz teatr sükansız gəmi

Tənqidsiz teatr sükansız gəmi

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İncəsənət dəyişkən termindir. Onun mənası və dəyəri zamanla dəyişir. Biz artıq texnogen eranın insanlarıyıq və bütün yaradıcı sferalar da zamanın hökmü ilə hesablaşmaq məcburiyyətindədir. Rəqəmsal dünyada mədəniyyətin əsas sahələri hesab olunan teatr və kino da yenilikçi xüsusiyyətlərdən kənarda qalmamağa çalışır. 

Bir müddət əvvəl Azərbaycanda Teatr və Kino forumları keçirildi, bu və digər məsələlər geniş müzakirəyə cəlb olundu, xeyli faydalı təkliflər səsləndi. Bu mexanizmin işə düşməsi kifayət qədər zaman tələb edir. “Tarixin sonu” əsərinin müəllifi Frensis Fukuyamanın sözləri ilə desək, ekstremal situasiyaların belə texnologiyaların insan sivilizasiyasına təzyiqinin qarşısını ala biləcəyi inandırıcı görünmür. Necə deyərlər, texnoloji cin artıq şüşədən çıxıb. 

Sadəcə, prosesə adaptə olmağımız lazım gəlir. Yaradıcı sferanın adamları smart mədəniyyətin elementlərinə yiyələnməklə teatr və kinonun rəqəmsallaşmasını gerçəkləşdirə bilərlər. Köhnə, klassik model bazis rolunu oynaya bilər, digital formada, onlayn qaydada biz incəsənətin müxtəlif sahələrini inkişaf etdirməklə yanaşı, onların daha geniş auditoriyalara çıxmasını təmin etmiş olarıq. Müşahidə etdiyimiz kimi, süni intellekt artıq insanı ötüb keçməyə başlayır. İndi bu sahə həm təbiətin, həm də sosial elmlərin son kəşfləri ilə silahlanıb. Sənət isə süni intellekt qarşısında tərksilah edilmiş kimi görünür. Yeni eranın futuristi Yuval Harari yazır ki, “indi biz küçədə nə baş verdiyindən daha çox kiberfəzada nə baş verdiyi ilə maraqlanırıq. İsveçrədə yaşayan dayım oğlu ilə danışmaq daha asandır, nəinki səhər yeməyi vaxtı həyat yoldaşımla; çünki həyat yoldaşım mənə yox, daim smartfona baxır”.

Köhnə kişilər demiş, hal-qəziyyə budur. Azərbaycan zəngin və qədim mədəniyyətə malik ölkədir. Bu mədəni irsin gələcək nəsillərə itkisiz ötürülməsi üçün biz mütləq texnogen çağın tələblərinə uyğun davranmalıyıq. Mədəniyyət tariximizi elektron formata keçirmək, eləcə də bu gün yaranan sənət əsərlərini gələcək üçün qorumaq məqsədilə kiberbaza formalaşdırılmalıdır. Amma nədənsə bu sahə axsayır. Yaradıcılıq sferasında elektron platformalar nəzərəçarpan səviyyədə deyil. Kreativ gənclik yetişir, yeni rejissor, aktyor nəsli gəlir. Lakin onların potensialını realizə etməsi üçün yaradıcı məkanlar çox azdır, cüzidir. Virtual məkan məsələsini kənara qoyaq. Çünki bu məsələnin həlli rəqəmsallaşmadan keçir.

Digər vacib məsələyə də diqqət yetirmək zəruriyyəti yaranır. Özəl teatrlar, demək olar ki, yox dərəcəsindədir. Son zamanlar Xalq artisti Vidadi Həsənovun rəhbərlik etdiyi “M-Teatr”, Nihad Qulamzadənin rəhbərlik etdiyi ƏSA Teatrı uğurlu tamaşalarla diqqəti cəlb edir. Bunlar özəl teatrlardır və teatr mühitinin canlanması üçün əllərindən gələni edirlər. Lakin sağlam rəqabət üçün, teatrın inkişafı naminə özəl teatrların sayı artmalıdır və onların texniki imkanları geniş olmalıdır. 

Dövlət kinoya, teatra kifayət qədər diqqət və qayğı göstərir. Lakin, nədənsə, teatrlar yeni dramaturqlarla işləmək həvəsində deyil. Azərbaycan teatrı hələ də Şekspir, Mirzə Cəlil orbitində fırlanmaqdadır. Halbuki, müasir dövrümüzü özündə əks etdirən kifayət qədər yeni dram əsərləri yazılır. Bəs onlar niyə səhnəyə yol tapa bilmir? Gənc və istedadlı yazıçı Cavid Zeynallının “Şükriyyə” tamaşası (rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur) hal-hazırda Akademik Milli Dram Teatrında müvəffəqiyyətlə oynanılır. İstedadlı və gənc dramaturq Ülviyyə Heydərovanın pyesləri ölkə teatrlarında mütəmadi gedir və maraqla qarşılanır. Bu, sevindirici haldır. Dövlət Milli Gənc Tamaşaçılar Teatrında İlqar Fəhminin 44 günlük Zəfərimizdən bəhs edən “Balaca kişilər” tamaşası hazırlanmışdı. Geniş rezonans doğurdu. Yeri gəlmişkən, rejissor Nicat Kazımov bu əsərə gözəl quruluş verib. Yazıçı-dramaturq Firuz Mustafanın “Sehrbaz” tamaşası Bakı Bələdiyyə Teatrında anşlaqla nümayiş olundu. Tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur. Aradan xeyli vaxt keçməsinə baxmayaraq, bu gün də həmin tamaşa haqqında danışılır. Ümumiyyətlə, unudulmaz sənətkarımız Amaliya Pənahovanın yadigarı olan Bakı Bələdiyyə Teatrının tamaşaları həmişə geniş tamaşaçı marağına səbəb olub. Bu teatr həmişə dövrün, zamanın nəbzini tutmağa, zamanla səsləşən əsərlərə səhnə həyatı verməyə çalışıb. Könül istərdi ki, digər teatrlarımız da klassika ilə yanaşı müasir əsərlərə müraciət etsinlər. Yeni nəsil dramaturqların yetişməsinə təkan versinlər. 

Yeri gəlmişkən, niyə yazıçı-dramaturq Elçin Hüseynbəylinin əsərləri səhnəmizdə görünmür? O, kifayət qədər sanballı dram əsərlərinin müəllifidir və zamanında Hüseynağa Atakişiyev onun bir neçə pyesinə quruluş vermişdi. 

Daha bir problem. Teatr tənqidçiləri, sanki, inzivaya çəkiliblər. Bir vaxtlar tamaşaların “taleyi”ni həll edən nüfuzlu teatr tənqidçiləri vardı. Cəfər Cəfərov, İnqilab Kərimov, Cabir Səfərov və sair. Onlar Azərbaycan teatrşünaslığının əsasını. qoymuş görkəmli simalardır. Öz işlərini zamanında görüblər, bu gün də onların imzasına böyük ehtiyac var. Bəs indi niyə yoxdur? Söhbət səthi yanaşmadan deyil, peşəkar təhlildən gedir. Bu gün teatr haqqında ara-sıra jurnalist yazılarına rast gəlirik ki, onların da əksəriyyəti səthi, lokal yanaşmalardan ibarətdir. Peşəkar təhlil demək olar ki, yox dərəcəsindədir. Bu gün teatr tənqidçisi deyəndə vur-tut 3–4 imza yada düşür: İlham Rəhimli, Məryəm Əlizadə, İsrafil İsrafilov, Aydın Talıbzadə və sair. 

Doğrudanmı teatrşünas yoxdur? Varsa, hardadır, niyə görünmür? Rejissorlar, aktyorlar əmək sərf etdikləri tamaşalar haqqında mütəxəssis rəyi gözləyirlər. Onların buna ehtiyacı var. İnanın, aktyorlar rol aldığı tamaşalar haqqında hansısa jurnalistin yazısını görəndə sevinirlər. Çünki peşəkar teatrşünas yanaşması yoxdur. 

Söhbət uzun, vaxt qısa. Hələlik, burda yekunlaşdıraq. İnanırıq ki, ən qısa zamanda bu və bu kimi məsələlər öz həllini tapacaq. Rəqəmsallaşma isə mövcud mədəni irsi qoruyub daha da uzunömürlü etmək baxımından vacibdir. Nə qədər tez baş tutsa, mədəniyyətimiz də bir o qədər qazanar.   

Kənan Hacı
yazıçı-dramaturq 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 May 2025 02:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see470

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see439

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see313

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see310

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see264

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see253

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see247

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see243

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see234

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see229

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see222

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see217

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see217

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see215

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see213

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see204

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see201

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see199

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see196

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri