Icma.az
close
up
RU
Tənzilə Rüstəmxanlı: “Bu, xalqın seçkisidir və qələbə də xalqın qələbəsi olacaq” MÜSAHİBƏ Yeni Çağ Media

Tənzilə Rüstəmxanlı: “Bu, xalqın seçkisidir və qələbə də xalqın qələbəsi olacaq” MÜSAHİBƏ Yeni Çağ Media

Icma.az, Yenicag saytına istinadən bildirir.

“Hər bir neftçalalıdan daha artıq neftçalalı olub dövlət qurumlarından laızm olanı tələb edəcəm”.

Bu fikirləri 70 saylı Neftçala seçki dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) deputatlığa namizədi, VHP sədrinin müşaviri,  Azərbaycan-Türk Qadınlar Birliyinin və Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı Yenicag.az-a müsahibəsində deyib.

Müsahibəni təqdim edirik:

– Tənzilə xanım, parlament seçkiləri ilə bağlı kütləvilik və seçici marağı ilə müşahidə olunan təşviqat kampaniyası keçirən az sayda namizədlərdən birisiniz. Sirr deyilsə, bu uğurlu prosesin səbəbi nədir?

– Mən ictimai-siyasi mübarizədə dünənin adamı deyiləm. Milli Azadlıq Hərəkatının ilk günündən bu yoldayam. Əl qoyduğum hər bir işdə seçilmək, qatıldığım işləri uğurla aparmaq ümdə prinsipimdir. Qarabağ savaşının ilk günlərindən “Azərittifaq”ın məsul işçisi kimi başçılıq etdiyim yardım  işlərindən tutmuş, Azərbaycan-Türk Qadınlar Birliyi və Azərbaycan-Türkiyə Evinin sədri olaraq Qarabağ, Türk Dünyası həqiqətlərini dünyaya çatdırmağa qədər hər çalışmamda yüksək nəticəyə nail olmağa çalışmışam. Bu, eqo deyil. Bu tutduğun yola, hədəfə sayğı, gördüyün işə məsuliyyətdir. Seçki təşviqatına gəldikdə isə belə bir el məsəlimiz var: “Niyyətin hara, mənzilin ora”. Bu gün Neftçalanın hər bir kəndində sevgi və coşqu ilə qarşılanmağım tutduğum yolun məntiqi nəticəsidir. Xalq düzü əyridən seçməyi bacarıb, ona görə kiməm deməyə, bunun geniş təbliğatını aparmağa ehtiyac olmadı.

– Neftçala zamanında sosial-iqtisadi baxımdan inkişaf edən rayonlarımızdan olsa da, yəqin ki, bu gün müəyyən problemlər var. Seçici nə deyir? Neftçala insanını hansı problemlər narahat edir?

– Doğru deyirsiniz ki, Neftçala zamanında həm kənd təsərrüfatı, həm də sənaye baxımdan öncül rayonlarımızdan biri olub. Təəssüf ki, bu infrastruktur sovet quruluşu ilə birgə dağıldı və insanların həyat şəraitində ciddi çətinliklər yarandı. Maraqlıdır ki, müstəqillik illərində də uzun müddət sanki Neftçala yaddan çıxmışdı. Neftçalanın sosial-iqtisadi inkişafına dair dövlət proqramı vəziyyəti köklü surətdə dəyişib. Qürurla deyə bilərəm ki, Neftçalaya göstərilən bu diqqətdə namizədi olduğum partiyanın sədri, ötən seçkidə bu dairədən millət vəkili seçilmiş Sabir Rüstəmxanlının böyük rolu olub. Sabir bəyin Neftçala ilə bağlı həm Milli Məclisdəki çıxışları, həm də ölkə rəhbərliyinə müraciəti bu prosesə dəstək oldu. Bu gün görüşlərdə Neftçala seçiciləri də bunu minnətdarlıqla bildirirlər. Amma, sözsüz ki, bütün problemləri qısa müddət ərzində həll etmək mümkün deyil. Kəndlərdə yol, qaz və su problemləri var, insanlar iş yerlərinin azlığından şikayətçidirlər. Amma bütün bunlarla yanaşı, insanların içində inam var. Hər kəs əmindir ki, işğaldan azad edilmiş Qarabağda bu gün xarüqələr yaradan dövlətimiz ölkənin hər yerində öz vətəndaşını düşünür və onun həyatının yaxşılaşdırılması üçün əlindən gələni edəcək. Bu prosesi asan və rahat etmək üçün neftçalalıların əsl  vəkili olan şəxsin parlamentdə olması vacibdir. Mən bu missiyanı uğurla yerinə yetirəcəyimə əminəm və seçicimə də söz verirəm ki, hər bir neftçalalıdan daha artıq neftçalalı olub dövlət qurumlarından laızm olanı tələb edəcəm.

– Azərbaycan ictimaiyyəti milli davanın adamı kimi tanıdığı Tənzilə Rüstəmxanlını indi fərqli ampluada – bir rayonun problemləri ilə məşğul olan millət vəkili kimi görəcək?

– Əsla! Mən mübarizə adamıyam və bu mübarizəni illərlə necə aparmışamsa, bundan sonra da aparacağam. Bu gün  Neftçaladan olan soydaşımın yol, su, qaz, iş probleminin həlli üçün çalışmağım Qərbi azərbaycanlı, urmiyalı, kərküklü, Şərqi türküstanlı soydaşımın dərdini unutmaq anlamına gəlmir. Bu günə qədər millətim üçün savaşarkən mandatı vacib bilməmişəm. Seçicim etimad göstərərsə, mandat bu yolda ancaq addımlarımızı qətiləşdirə bilər.

– Seçki həm də mübarizədir. Bu mübarizədə bəzən rəqiblər qaydaları da pozurlar. Sizin dairədə bu baxımdan vəziyyət necədir?

– Bəli, seçki mübarizədir. Amma mən bu mübarizədə qələbə naminə həm rəsmi, həm də insani qaydaların pozulmasını heç cür anlaya bilmirəm. Əgər məqsəd xalqa xidmət, dövlətə sədaqətdirsə, demək, nəticə etibarə ilə bu mübarizədə uduzan da olmayacaq. Millət və dövlətə xeyirli olacaq qələbədə bir fərdin məğlubiyyəti önəmli deyil. Seçki həyatımız üçün kiçik bir andır. Axı ömür, hədəfə doğru getdiyimiz yol davam edir. Bir seçkinin nəticələrinə görə insani dəyərləri arxa plana keçirmək olmaz. Mən bütün rəqiblərimə bu xalqın övladları kimi baxıram, bu, xalqın seçkisidir və qələbə də xalqın qələbəsi olacaq.

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 04 Noyabr 2024 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri