Icma.az
close
up
RU
Tənzilə Rüstəmxanlı: Qarabağ işğaldan azad olmasaydı, Türkiyə Ermənistan sərhədinin açılmasının əleyhdarlarından biri də mən olardım

Tənzilə Rüstəmxanlı: Qarabağ işğaldan azad olmasaydı, Türkiyə Ermənistan sərhədinin açılmasının əleyhdarlarından biri də mən olardım

Icma.az bildirir, Pravda.az saytına əsaslanaraq.

“Qarabağ işğaldan azad olmasaydı, bu gün  Türkiyə-Ermənistan sərhədinin açılmasının əleyhdarlarından biri də mən olardım. Türkiyə Ermənistanla sərhədlərini ona görə bağlamışdı ki, Ermənistan Qarabağı işğal altında tuturdu. Türkiyənin də böyük dəstəyi ilə Qarabağı işğaldan azad etmişik. Neçə ildir, Azərbaycan artıq Zəngəzur dəhlizinin açılması üçün mübarizə aparır, Ermənistanı öhdəliklərinə əməl etməyə məcbur edir. Türkiyə-Ermənistan sərhədinin bağlanma səbəbi bu gün aradan qalxdığına görə sərhədin yenidən açılmasında ciddi qəbahət görmürəm. Düşünürəm, Ermənistan nə qədər diasporun və bir sıra dövlətlərin təsir dairəsindən çıxsa, Türkiyə və Azərbaycanla bu bölgədə yaşayan, var olan dövlətlərlə münasibətlərini öz hürr iradəsi ilə müəyyən etsə, bu, bölgəmizdə sülhün bərqərar olmasına xidmət edəcək”. 


Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Tənzilə Rüstəmxanlı deyib. 


Deputat vurğulayıb ki, dövlətlararsında qardaşlıq  münasibətləri ilə bərabər, iki liderin - Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın münasibətləri elə yüksək səviyyədədir: “Bu səbəbdən Türkiyənin Azərbaycana zərər verə biləcək hər hansı anlaşmaya gedəcəyini düşünmürəm. Prosesləri normal qarşılamaq lazımdır. Türkiyə bir addım atırsa, deməli, mütləq Azərbaycanın mənfəətlərini, çıxarlarını göz önündən keçirib. Başqa cür düşünmək belə yanlışdır. Cənab Prezidentimiz Ermənistan Prezidentinə müraciət edib, Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul edib. Bütün bunlar o deməkdir ki, Azərbaycan Ermənistanla münasibətlərinin Ermənistanın hürr iradəsi ilə həll olunmasının tərəfdarıdır. Biz də yaşadığımız bu bölgədə sülhün bərqərar olmasını istəyən xalqıq, dövlətik. Türkiyə-Ermənistan sərhədinin açılması ancaq sülhə xidmət edəcək. 2009-cu ildə sülh protokolları dövriyəyə girmişdi ki, Türkiyə-Ermənistan sərhədi açılsın. Həmin vaxt Türkiyəyə gedib, buna etiraz edən bir qrup ziyalımız var idi ki, onlardan biri mən və Sabir Rüstəmxanlı idi. Bu gün işə belə bir şeyə gərək qalmayıb.  Düşünürəm, Türkiyə-Ermənistan sərhədinin açılması barədə müzakirələr də Türkiyə əleyhdarlığı daşımamalıdır. Əleyhdarlıq edən ancaq Azərbaycan və Türkiyə münasibətlərinin pozulmasını istəyən düşmən ola bilər. Biz bunu istəmirik. Belə olmamalıdır”. 


Aytəkin Qardaşova 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://pravda.az
archiveBu xəbər 24 Mart 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Doğum Günləri: Tarixlə başlayan, şəbəkələrlə tamamlanan bir sehr Məryəm Bağırova yazır

27 İyun 2025 14:29see343

İrana hücumu mətbuata kim sızdırıb?

26 İyun 2025 12:21see155

Bakıda güclü partlayış baş verib VİDEO

26 İyun 2025 23:26see147

Ukrayna dronları Rusiya S 400 nü belə məhv etdi Video

26 İyun 2025 23:07see141

Ulduzlar bu 5 bürcə yeni həyat vəd edir: bəxtəvərlər siyahısında kimlər var?

26 İyun 2025 18:49see130

Təyyarə sürmək istərdim demişdi 83 yaşlı Mürüvvət xanımın arzusu gerçəkləşdi

26 İyun 2025 23:12see127

Tramp: Yük maşınları İranın nüvə obyektindən heç nə çıxara bilməyib

26 İyun 2025 20:37see119

Dünyanın ən dərin barı açılacaq 164 milyon dollar xərclənəcək

26 İyun 2025 23:18see116

Bir həftədir xəbər yoxdur, Xamenei haradadır? Yaxın adamı danışdı

26 İyun 2025 13:59see116

Rep oxuduğuma görə qarğış edirlər Alim Qasımov

26 İyun 2025 19:36see115

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi Ankarada geniş qeyd olunub

26 İyun 2025 19:45see115

Kansler Fridrix Merts Almaniyanın Avropa İttifaqına tam dəstəyini ifadə edib

27 İyun 2025 07:26see115

Ukraynada baş nazir postu uğrunda mübarizə gedir..?

27 İyun 2025 18:43see114

Mərkəzi Afrikada məktəbdə transformator partlayıb, 29 nəfər ölüb

26 İyun 2025 19:36see114

Mirzoyanın “sülh nəğməsi”

26 İyun 2025 11:22see113

Elza Seyidcahanın metroda çıxışı müzakirə mövzusu oldu RƏY

26 İyun 2025 15:54see112

İsrail əsgərləri Qəzzada yeni doğulmuş körpələri öldürdü

27 İyun 2025 09:23see112

Tez bişən yemək RESEPTLƏRİ: 20 dəqiqəyə...

28 İyun 2025 05:06see111

Pezeşkian: İranın cavab tədbirləri regionda tammiqyaslı və nəzarətsiz müharibənin qarşısını aldı

27 İyun 2025 16:56see111

Niderland və Belçika Ukraynaya mina axtaran gəmilər tədarük edib

26 İyun 2025 20:37see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri