Icma.az
close
up
RU
Rayonun problemlərini danışmaqdan çəkinmirəm Tənzilə Rüstəmxanlı

Rayonun problemlərini danışmaqdan çəkinmirəm Tənzilə Rüstəmxanlı

Icma.az, Modern.az saytına istinadən bildirir.

Milli Məclisin 70 saylı Neftçala seçki dairəsindən deputatı Tənzilə Rüstəmxanlı seçildiyi rayonun problemləri haqqında Media Türk TV-ə danışıb.

Modern.az-ın məlumatına görə, o qeyd edib ki, təmsil olunduğu rayonun problemlərini danışmaqdan çəkinməyib.

Deputatın sözlərinə görə, rayon sakinlərinin ən yaralı yeri su məsələsidir.

"Azərsu" ilə görüşmüşəm, böyük toplantı olub, layihələndirməyə baxıblar. Mütləq bu məsələlər öz həllini tapacaq. Yeniqışlaq kəndi var, mən söz verdim ki, bura mütləq qaz çəkəcəyik. İndi onunla bağlı müraciətlərimiz var. Qaravənli kəndi var hansı ki, rayona ən yaxın kənddir, amma əhali qazsız qalıb. Səbəb kimi göstərirlər ki, evlərin orderləri yoxdur. Bu evlərin orderləri ona görə yoxdur ki, 20-30 il əvvəl bələdiyyə sənədi ilə torpaqlar paylanıb, evlər tikilib, amma torpağın təyinatını Nazirlər Kabineti dəyişməlidir. Ona görə order vermirlər. Əvvəllər çıxarış istəmirdilər, indi çıxarış tələb olunduğuna görə adamlar evinə qaz çəkdirə bilmir, məktəblər qazsızdır”.

Deputat bildirib ki, Qədimkənd məktəbində istilik sisteminin olmaması ilə bağlı dəfələrlə müraciətlər edib, sistem çəkilib, amma hələ də qaz verilmir.

“Bu problemləri mətbuatda da, məktublarımda da qeyd edirəm və mübarizəmizi aparacağıq. Başqalarından fərqli olaraq Azərqaz və digər qurumlara, o cümlədən mədəniyyət, təhsil sahəsində olan problemləri deyirəm, amma bunları dövlətə düşmən mövqeyində olan biri kimi deyil, xalqına-millətinə ürəyi yanan millət vəkili və ziyalı kimi onlardan problemlərin həll olunmasını tələb edirəm və onlar da düşünürəm ki, bu məsələlərə bizim kimi həssaslıqla yanaşacaqlar və yanaşırlar da. Məsələn Həsənabad məktəbinin təmiri həm Heydər Əliyev Fondu, həm də Elm və Təhsil Nazirliyi öz boynuna götürüb”- deyə millət vəkili sonda qeyd edib. 
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:223
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Mart 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri