Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına hökm oxundu
Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dələduzluqda ittiham olunan Əhmədova İlahə Yaşar qızının cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Hökmə əsasən, əvvəl də onun barəsində olan cəza toplanılıb. Belə ki, təqsirləndirilən şəxs 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, İlahə Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə ittiham edilib.
O, yaşlı insanlara təqaüd düzəltmək adı ilə 400 min manata yaxın pulu dələduzluq yolu ilə ələ keçirib.
Seymur Əli
Bu mövzuda digər xəbərlər:Pensiya düzəltmək adı ilə 400 min ziyan vuran qadına HÖKM OXUNDU
24 Dekabr 2024 16:39
İşə düzəltmək, təqaüd bərpa etmək adı ilə 88 min manat ələ keçirən şəxslər saxlanılıb
19 Aprel 2025 11:07
Ağsuda təqaüd düzəltmək adı ilə vətəndaşları aldadan şəxs ƏLƏ KEÇDİ
26 Fevral 2025 15:33
Təqaüd düzəltmək adı altında dələduzluq edib
23 Aprel 2025 18:23
İşə düzəltmək adı ilə 29 min manatı ələ keçirdi
03 Dekabr 2025 08:59
Baxış sayı:105
Bu xəbər 24 Dekabr 2024 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















