Icma.az
close
up
RU
Təqaüdlərin artırılması: elm və təhsildə uğurlar üçün mühüm stimul

Təqaüdlərin artırılması: elm və təhsildə uğurlar üçün mühüm stimul

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident İlham Əliyevin imzaladığı müvafiq fərman və sərəncama əsasən doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləği artırıldı. Qeyd edək ki, bundan əvvəl ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği 275 manat təşkil edib. Yeni artımla həmin məbləğ sentyabrın 1-dən 350 manat müəyyən edilib. Belə ki, doktorantura səviyyəsi üzrə - elmlər doktoru hazırlığı üzrə doktorantlara - 450 manat, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 300 manat, ali təhsil müəssisələrində: magistratura səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələrə - 240 manat, akademik göstəriciləri 71-100 bal olan tələbələrə - 180 manat,akademik göstəriciləri 51-100 bal olan tələbələrə - 120 manat təyin olunub.

Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələrə - 200 manat,akademik göstəriciləri 71-100 bal olan tələbələrə - 160 manat,akademik göstəriciləri 51-100 bal olan tələbələrə - 110 manat, orta ixtisas təhsili müəssisələrində akademik göstəriciləri 91-100 bal olan tələbələrə - 110 manat,akademik göstəriciləri 71-100 bal olan tələbələrə - 90 manat, akademik göstəriciləri 51-100 bal olan tələbələrə - 70 manat,eşə təhsili müəssisələrində akademik göstəriciləri "5" (yüksək texniki peşə təhsili səviyyəsində 91-100 bal) olan tələbələrə - 110 manat, akademik göstəriciləri "4" və "5" (yüksək texniki peşə təhsili səviyyəsində 71-100 bal) olan tələbələrə - 90 manat, akademik göstəriciləri "3"-"5" (yüksək texniki peşə təhsili səviyyəsində 51-100 bal) olan tələbələrə - 70 manat müəyyən edilib.

Əməkdar müəllim Sona Əliyeva bildirib ki, Prezident İlham Əliyevin tələbələrin təqaüdlərinin artırılması ilə bağlı imzaladığı sərəncam təkcə maddi dəstək deyil - gənclərə verilən bir mesajdır: "Biz sizin yanınızdayıq". Bugünkü dövrdə təhsil almaq yalnız oxumaqla məhdudlaşmır. Gənclər eyni zamanda yaşayış xərclərini qarşılamaq, nəqliyyat, qida, hətta tədris üçün lazım olan resurslara da pul xərcləməlidirlər. Belə bir qərar tələbələrin yükünü azaldır, onları əlavə işlərə deyil, dərslərinə fokuslanmağa təşviq edir. Düşünürəm ki, bu qərar həm motivasiya baxımından, həm də sosial bərabərlik baxımından çox önəmlidir. Əgər bir tələbə maddi səbəblər üzündən təhsildən uzaq düşürsə, bu, təkcə onun üçün yox, bütövlükdə cəmiyyət üçün itkidir. Ona görə də bu tip dəstək gənclərin gələcək həyatına sərmayə kimi baxılmalıdır. Ümid edirəm ki, bu siyasət davamlı olar və daha çox gəncin həyatına müsbət təsir edər. Təhsil alan bir gəncin arxasında onu anlayan və dəstəkləyən dövlətin olması böyük gücdür".

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, elmi savadı, biliyi ilə seçilən tələbələrə təqaüdlərin verilməsi ölkə başçısının elmə, təhsilə və gənclərə göstərdiyi növbəti diqqət və qayğının bariz nümunəsidir. Onun fikrincə, bu təqaüdlərin artırılması ölkədə elm və təhsilin inkişafı naminə mühüm addımdır. Prezident tərəfindən ölkədə elmlə təhsilin inteqrasiyasının təmin edilməsi, gənclərin təhsilə, elmə, intellektual fəaliyyətə cəlb edilməsi, tələbələrin maddi vəziyyətlərinin, sosial rifahının yaxşılaşdırılması, gənc alimlərin elmi fəaliyyətinin stimullaşdırılması istiqamətində mühüm qərarlar verilir. Qəbul edilən qərarlar ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir və gənc nəsildə elmə, tədqiqat işləri ilə məşğul olmağa marağın yaranmasında əhəmiyyətli rol oynayır: "Prezidentin az öncə imzaladığı sərəncamlar 100 mindən çox gənci sevindirdi. Əminəm ki, tələbələrin akademik göstəricilərinə əsaslanan diferensial təqaüdlərin müəyyən edilməsi onların motivasiyasının artırılmasına, təhsilə məsuliyyətli yanaşmalarına və uğurlu nəticələr əldə etmələrinə ciddi təsir göstərəcək. Həmçinin akademik göstəricilər əsasında təqaüdün verilməsi tələbələrin daha məsuliyyətli və planlı şəkildə oxumasına şərait yaradacaq. Gələcəyimiz sayılan gənclərimiz bu stimullaşdırıcı tədbirlərdən ruhlanaraq ölkəmiz üçün layiqli kadrlar kimi yetişəcək, eyni zamanda elm arxasınca gedənlərin sayı daha da artacaq".

Millət vəkili Mehriban Vəliyeva qeyd edib ki, təqaüd məbləğinin artırılması onların təhsildə daha yüksək nəticələr əldə etməsi üçün əlavə stimul yaradır. Bu addım eyni zamanda tələbələrin sosial rifahını yaxşılaşdıraraq gündəlik xərclərinin qarşılanmasında mühüm rol oynayır. Təhsildə yuxarı nəticə göstərən tələbələrin təqaüd alması sosial ədalət və inklüzivlik prinsipini daha da möhkəmləndirir. Maddi dəstəyin gücləndirilməsi aztəminatlı ailələrdən olan gənclərin təhsildə davamlılığını təmin edərək təhsilə çıxış imkanlarını bərabərləşdirir.

Millət vəkilinin sözlərinə görə, doktorant təqaüdlərinin məbləğinin artırıllması elmi araşdırmaların inkişafına, gənc alimlərin stimullaşdırılmasına mühüm töhfə verir. Bu artım gənc tədqiqatçıların əlavə gəlir mənbələrinə ehtiyac duymadan elmi fəaliyyətə tam fokuslanmasına şərait yaradır, elm tutumlu iqtisadiyyatın inkişafını təşviq edir və elm sahəsində kadr axınının qarşısını almaqda mühüm rol oynayır.

Təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, tələbə təqaüdlərinin artırılması rifaha və tərəqqiyə xidmət edən mühüm addımdır. Nəticə etibarilə, biz nəzərə alsaq ki, tələbələrin əksəriyyəti Bakı şəhərində olan universitetlərdə təhsil alır, onların böyük bir hissəsi rayondan gələn tələbələrdir. Onların müvafiq olaraq Bakıda yerləşməsi və təhsil almaları kirayə mənzil tutmaları ilə nəticələnir. Kirayə mənzil tutmaq da tələbələrin maddi imkanını daha da çətinləşdirir: "Hal-hazırda olan artım onların ümumi rifahına öz təsirini göstərmiş olacaq".

Bu sərəncamı iki aspektdən çox önəmli hesab edilə bilər: "Birincisi, insanların sosial qayğılarının qarşılanması baxımından növbəti bir sosial sənəd kimi, digər tərəfdən isə tələbələr, daha yaxşı oxumağa motivasiya edən bir sənəd kimi. Çünki orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin ali təhsil müəssisələrinin bakalavriat və magistratura pillələrində, eyni zamanda doktoranturanın hər iki səviyyəsində fəlsəfə doktoru və elmlər doktoru pillələrində təhsil alan insanlara ünvanlanmış bu sənəddə akademik göstəricilərə müvafiq olaraq diferensial yanaşma tətbiq olunub".

Ekspertin fikrincə, bu diferensial yanaşma isə tələbələri daha yaxşı oxumağa təşviq edir, onları daha məsuliyyətli olmağa vadar edir və bilik-bacarıqlarına müvafiq olaraq təqaüdlərlə stimullaşdırır: "Hesab edirəm ki, bu, həqiqətən də yaxşı nümunə sayıla biləcək bir sənəddir. Biz əvvəlki sərəncamlarda da akademik göstəricilər əsas götürülməklə tələbələrə təqaüdlərin ödənilməsi prinsipini görmüşük. Burada isə maraqlı məqam ondan ibarətdir ki, akademik göstəriciləri yüksək olan tələbələr, istər dövlət sifarişi ilə, istərsə də ödənişli əsaslarla təhsil alsınlar, Prezident sərəncamı ilə nəzərdə tutulmuş tələbə təqaüdlərindən yararlana biləcəklər. Bütün bunlar təkcə sosial paket olaraq deyil, eyni zamanda təhsilə verilən dəyərin, yaxşı oxumağa verilən önəmin və gənclərin daha çox bilik və bacarıq əldə etməsinə yönəlmiş təşviqedici siyasətin göstəricisidir".

Təhsil eksperti Etibar Əliyev Prezidentin tələbə təqaüdlərinin artırılması ilə bağlı sərəncamını yüksək qiymətləndirib: "Tələbə təqaüdlərinin artımı onların yaşayış səviyyəsinin yaxşılaşmasına, eyni zamanda tədris ləvazimatlarının tələbələr tərəfindən əldə olunmasına köməklik göstərən bir sərəncamdır. Biz bilirik ki, universitetlərin böyük əksəriyyətinin yataqxanaları yoxdur və tələbələr kirayə evlərdə yaşayırlar. İndi kirayə evlər də çox bahadır. Düşünürəm ki, yaxın gələcəkdə tələbələrin təqaüdlərinə yenə də artımların olması onların keyfiyyətli tədrisinə də köməklik göstərəcək. Bununla tələbə maddi vəsaitinin bir hissəsini kirayə yaşadığı mənzil sahibinə ödəyə bilər. Bu, həm də müəyyən tələbələr arasında tədrisdəki uğurlarına görə rəqabət mühiti və bir çox tələbələrdə motivasiya yarada bilər".

Millət vəkili Hikmət Babaoğlunun sözlərinə əsasən, hazırda dünya yeni, 4-cü sənaye inqilabı ərəfəsindədir və xalqların intellektual müstəvidə mübarizəsi keyfiyyətcə yeni və daha amansız bir mərhələyə qədəm qoyur. Gələcəkdə dünyada söz sahibinə çevriləcək xalqlar da elə bu mübarizənin qalibi olan xalqlar olacaq. Ona görə də bu mühüm tarixi prosesdə geridə qalmamaq üçün Azərbaycan gəncliyi öz intellektual potensialını daima səfərbər etməli, milli inkişafımızın gələcəyini təmin etməlidir. Bu mənada təqaüdlərin artırılması ölkəmizdə elmin inkişafını motivasiya etməklə Azərbaycan elminin inkişafında yeni üfüqlər açacaq.

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://525.az
archiveBu xəbər 29 İyul 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see257

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see225

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see209

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see206

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyada qalmasına imkan vermir İsa Həbibbəyli

12 Dekabr 2025 12:34see179

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see170

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see164

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see145

Ermənistan hələ 3+3 formatına qoşulmağa və iştirak etməyə hazır deyil Millət vəkili

12 Dekabr 2025 14:33see140

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see137

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see133

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see133

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see129

Ukrayna cəbhədə PUA lardan istifadə üçün yeni inanılmaz taktikalara keçib Forbes dən detallar

12 Dekabr 2025 18:13see127

“Sumqayıt” uduzdu, NTD dən qələbə

13 Dekabr 2025 01:20see127

Millimizin üzvü əməliyyat edildi

12 Dekabr 2025 12:41see127

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see125

Hindistanda Messinin 20 metrlik heykəli nümayiş olundu

13 Dekabr 2025 01:13see123

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see122

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri