Tər çox güclü dərman imiş
Medicina saytından alınan məlumata görə, Icma.az bildirir.
Kosmetik cəhətdən xoşagəlməz bir fenomen olan tər, əslində müalicəvi xüsusiyyətlərinə görə bir çox dərmanı üstələyən super antibakterial agentdir. Amerika Birləşmiş Ştatlarından olan alimlər bu nəticəyə gəliblər.
Medicina.az xəbər verir ki, tədqiqat nəticəsində r tərin bakteriyalar üçün universal bir vasitə olduğu qənaətinə gəlinib.
"Təbiətin özü tərəfindən icad edilən insan tərindən başqa, ən davamlı bakteriyalar üçün daha yaxşı bir vasitə yoxdur. Tərkibində istənilən zərərli mikroorqanizmi məhv edə bilən bir maddə var", - deyə alimlər bildirib.
Sözügedən maddə zülal dermisiddir. Dermisid yalnız insan tərində aktivləşir: zərərli bakteriyaları öldürən, onların hüceyrə membranlarına nüfuz edən bir virus kimi çıxış edir.
Tərin əsas komponentindən istifadə edərək, həkimlər bakteriyalara qarşı müqavimət kimi ciddi tibbi problemi həll edə biləcək yeni nəsil antibiotiklər yaratmağı planlaşdırırlar.
Əvvəllər Avstraliyalı tədqiqatçılar burun seliyinin bədən üçün əla qoruyucu vasitə ola biləcəyini irəli sürərək insanlara onu udmaqdan çəkinməməyi məsləhət görürdülər. Onlar deyirlər ki, udulduqda burun ifrazatı faydalı mikrofloranın aktivatoru kimi çıxış edir və nəticədə immun sistemini gücləndirir.
Aygün Musayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 01 İyul 2026 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















