Icma.az
close
up
RU
Təranə Şükürlü: Azərbaycan dilinin saflığını qorumaq, ədəbi dil normalarını möhkəmləndirmək, xalq danışıq dilinin zənginliklərini mətbuata gətirmək bu gün də aktualdır

Təranə Şükürlü: Azərbaycan dilinin saflığını qorumaq, ədəbi dil normalarını möhkəmləndirmək, xalq danışıq dilinin zənginliklərini mətbuata gətirmək bu gün də aktualdır

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Dil bir millətin kimliyi, tarixi yaddaşı və mədəni irsinin əsas sütunudur. Mətbuat isə dilin cəmiyyətə təsir imkanlarını genişləndirən, onu təbliğ və inkişaf etdirən güclü vasitə kimi çıxış edir. Təsadüfi deyil ki, Azərbaycan mətbuatının görkəmli nümayəndələri – Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyli, Əhməd Cavad kimi ziyalılar hələ XIX əsrin sonu - XX əsrin əvvəllərində mətbuatı ana dilinin keşiyində duran ən mühüm tribuna kimi qiymətləndirirdilər.

Bunu XQ-yə açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi dosent Təranə Şükürlü söyləyib. O bildirib ki, müasir dövrdə publisistik üslub digər funksional üslublardan fərqli olaraq daha operativ və çevikdir. Bu üslub çərçivəsində mətbuat müxtəlif mikroüslublar – iqtisadi, hüquqi, elmi-populyar, mədəni və digər istiqamətlərdə genişlənərək dilin inkişafına xidmət edir. Müstəqillik dövrü mətbuatı isə ana dili məsələlərinin qorunmasını dil siyasətinin başlıca xəttinə çevirib. Azərbaycan Respublikasında dövlət dilinin tətbiqi ilə bağlı fərman və qanunlar bu istiqamətdə hüquqi əsaslar yaradıb.

Alimin sözlərinə görə, Azərbaycan dilinin saflığını qorumaq, ədəbi dil normalarını möhkəmləndirmək, xalq danışıq dilinin zənginliklərini mətbuata gətirmək bu gün də aktualdır: “Məsələn, AZƏRTAC, “525-ci qəzet”, “Ədalət”, “Kaspi”, “Azərbaycan”, “Xalq qəzeti” kimi nüfuzlu qəzetlər dilin qayğısına qalan, ədəbi norma və üslubun təbliğinə çalışan orqanlar kimi çıxış edir. Bununla belə, bəzi saytlarda və sosial şəbəkə mediasında dilin təhrif olunmuş formalarına, üslub pozuntularına və yad sözlərin həddindən artıq işlənməsinə də rast gəlinir.

Ədəbi dilin inkişafı və normalarının qorunması mətbuatın ən mühüm missiyalarından biridir. Mətbuat cəmiyyətin güzgüsüdür və burada sosial, iqtisadi, siyasi, mədəni dəyişikliklər, yeniliklər öz dil ekvivalentini tapmalıdır. Məsələn, müasir dövrdə “rəqəmsallaşma”, “startap”, “kripto-valyuta”, “ağıllı kənd”, “elektron hökumət” kimi terminlərin sürətlə dilə daxil olması mətbuatın söz yaradıcılığında oynadığı rolu göstərir”.

İnternet və yeni informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə dilin istifadə imkanlarının daha da genişləndiyini vurğulayan alim bildirib ki, sosial şəbəkələr, bloqlar, veb-saytlar dilə həm dinamiklik gətirir, həm də bəzi hallarda onu təhrif edir: “Sosial şəbəkələrdə tez-tez dilin ədəbi norma və üslub qaydalarına zidd ifadələrə rast gəlirik. Bu isə yeni media mühitində dil məsuliyyətinin aktuallaşmasını tələb edir. Eyni zamanda, internetin yaratdığı qloballaşma imkanları Azərbaycan dilinin beynəlxalq informasiya məkanında təbliğinə də şərait yaradır. Azərbaycan dili hazırda “Google Translate”, “Wikipedia” kimi qlobal platformalarda təmsil olunur, müxtəlif beynəlxalq tədbirlərdə dövlət dili kimi işlədilir”.

“Bu baxımdan mətbuatın qarşısında ədəbi dilin normalarını qoruyub inkişaf etdirmək və xalq dili ilə ədəbi dili zənginləşdirən qarşılıqlı münasibəti təmin etmək kimi ikiqat məsuliyyət dayanır. Dil daim qayğı tələb edən canlı bir varlıqdır. Dünya dilləri içərisində öz qədimliyi, zənginliyi və poetik potensialı ilə seçilən Azərbaycan dilini qorumaq yalnız dövlətin deyil, hər bir jurnalistin, ziyalının, vətəndaşın borcudur. Bu baxımdan, Azərbaycan mətbuatının, xüsusilə də yeni media nümayəndələrinin dilə münasibəti gələcək nəsillərə miras qalacaq dil mədəniyyətimizin səviyyəsini müəyyən edəcək”, - deyə Təranə Şükürlü fikrini tamamlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:73
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 İyul 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri