Icma.az
close
up
RU
Tərbiyənin əsas təməli ailədə qoyulur PSİXOLOQ RƏY BİLDİRDİ

Tərbiyənin əsas təməli ailədə qoyulur PSİXOLOQ RƏY BİLDİRDİ

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"Tərbiyə insanın şəxsiyyətinin formalaşmasında və sosial həyata uyğunlaşmasında mühüm rol oynayan əsas proseslərdən biridir. Bu proses uşağın doğulduğu ilk andan etibarən başlayır və ömür boyu davam edir. Psixoloq kimi vurğulamaq istərdim ki, tərbiyənin əsas təməli ailədə qoyulur. Ailə uşağın ilk sosial mühitidir və burada öyrənilən davranışlar, dəyərlər, münasibətlər və emosional reaksiyalar onun gələcək şəxsiyyətinin nüvəsini təşkil edir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, uşaq ailədə ilk dəfə sevgi, təhlükəsizlik, qayda və sərhədlərlə tanış olur. Valideynlərin bir-biri ilə və uşaqla necə davranması, uşağa münasibəti, ona necə model olmaları çox önəmlidir. Bu erkən yaş dövründə əldə olunan təcrübələr uşağın özünə inamını, sosial münasibətlərə yanaşmasını və gələcəkdə cəmiyyət içində necə bir fərd olacağını müəyyən edir. Yəni, tərbiyə prosesi bioloji inkişafla paralel şəkildə psixososial inkişafı da əhatə edir və bu prosesin başlanğıc nöqtəsi ailədir: "Cəmiyyət isə bu prosesin ikinci mərhələsidir. Uşaq böyüdükcə ailədən kənar mühitlərlə, yəni məktəb, qonşuluq, dost çevrəsi, müəllimlər və daha geniş ictimai mühitlə qarşılaşır. Bu mərhələdə cəmiyyətin rolu əsasən ailədə qoyulmuş tərbiyə əsaslarının tamamlanması və ya möhkəmləndirilməsi ilə bağlı olur. Əgər ailə sağlam və düzgün bir tərbiyə modeli təqdim edibsə, cəmiyyətin təsiri bu təməli gücləndirə bilər. Lakin ailədə zəif və ya ziddiyyətli tərbiyə verilmişsə, cəmiyyətin təsiri uşağın şəxsiyyətində daxili konfliktlər və uyğunlaşma çətinlikləri yarada bilər.

Bütün bunları nəzərə alaraq demək olar ki, tərbiyənin başlanğıcı ailədir. Cəmiyyət isə bu tərbiyəni yönləndirən və formalaşmanı davam etdirən əlavə bir mühit rolunu oynayır. Ailə uşağın daxili dünyasının memarıdırsa, cəmiyyət bu dünyaya təsir edən xarici qüvvədir. Sağlam ailə münasibətləri və uyğun tərbiyə üsulları uşağın cəmiyyətə daha rahat inteqrasiyasını təmin edir və onu sabit, özünə güvənən bir şəxsiyyət kimi formalaşdırır. Bu səbəbdən psixoloji yanaşma baxımından tərbiyənin ailədən başladığını və onun uğurlu şəkildə davam etməsi üçün ailənin daima dəstəkverici, anlayışlı və istiqamətverici rolunu qoruması lazım olduğunu vurğulamaq istərdim".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 İyul 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see360

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see352

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see280

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see265

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see257

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see249

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see248

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see247

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see241

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see240

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see229

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see222

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see217

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see215

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see209

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see204

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see201

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see200

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri