Icma.az
close
up
RU
Tərcüməçilərin və yazarların qonorar etirazı Nəşriyyatlar niyə bu problemi həll etmir?

Tərcüməçilərin və yazarların qonorar etirazı Nəşriyyatlar niyə bu problemi həll etmir?

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kulis.az Orxan Həsəninin "Tərcümə məsələsi" yazısını təqdim edir.
Tərcüməçi təkcə mətni bir dildən başqasına çevirən texniki işçi deyil, müəllifin duyğularını, düşüncə tərzini, həyata baxışını dilin imkanları ilə yenidən ifadə eləyən yaradıcı şəxsdir.
Hər tərcümə mədəniyyətlərarası körpüdür.
Ancaq bu körpünün memarları Azərbaycanda çox vaxt zəhmətlərinin qarşılığını almırlar.
Bu mövzuda ən ciddi problem qonorarların gecikdirilməsi və bəzən ümumiyyətlə ödənilməməsidir.
Şair Qismət Rüstəmov bu barədə öz sosial şəbəkə hesabında “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlunu ittiham edib, səkkiz aydır qonorarını ala bilmədiyini yazıb.
Əslində, dünyada bu sahədə oturuşmuş təcrübələr var.
Məsələn, Almaniyada tərcüməçilərin qonorarları dövlət tərəfindən müəyyənləşdirilən tariflər əsasında hesablanır. Qanunvericilik naşiri öhdəliklərini vaxtında yerinə yetirməyə məcbur edir
Fransada tərcüməçilər peşəkar birliklər ətrafında toplaşaraq, həm qonorarların məbləği, həm də ödənişin vaxtı ilə bağlı kollektiv şəkildə müqavilələr imzalayırlar.
ABŞ-da tərcüməçi ilə naşir arasında yazılı müqavilə mütləqdir. Buna görə hər hansı gecikmə hüquqi məsuliyyət yaradır.
Yaponiyada isə tərcüməçi müəlliflə bərabərhüquqlu yaradıcı tərəf hesab olunur.
Bu nümunələr göstərir ki, məsələ yalnız bazarın vəziyyətindən asılı deyil, həm də mədəniyyətə və əməyə münasibətdən qaynaqlanır.
Təəssüf ki, Azərbaycanda nəşriyyatların bir qismi maliyyə sıxıntılarını, kitab bazarının zəifliyini və satış çətinliklərini bəhanə gətirərək tərcüməçilərin haqqını ya aylarla gecikdirir, ya da tam ödəməkdən yayınır.
Amma unudurlar ki, həmin kitabın oxucuya çatması üçün ilk növbədə tərcüməçi gecə-gündüz zəhmət çəkib.
Tərcümə prosesi çox vaxt aylarla davam edir, müəllifin üslubunu, ab-havasını qorumaq üçün böyük əqli enerji sərf olunur.
Nəticədə, tərcüməçi işə həm fiziki, həm də mənəvi sərmayə qoyur, lakin qarşılığında haqqını ala bilmir.
Qonorarların gecikməsi təkcə maddi zərər deyil, həm də mənəvi travmadır.
Niyə?
Ona görə ki, tərcüməçi işinə inamını itirir, gələcəkdə belə layihələrə maraq göstərmir. Keyfiyyətli kadrlar başqa sahələrə üz tutmağa başlayır. Nəticədə, ölkədə peşəkar tərcüməçi qıtlığı yaranır, kitab bazarında keyfiyyətli nəşrlərin sayı azalır.
Dünyada tətbiq edilən mexanizmlərə diqqət yetirsək, üç əsas yol görünür:
Birinci növbədə müqavilənin imzalanması. Hər bir tərcümə işi yazılı müqavilə ilə təsdiqlənməlidir. Müqavilədə qonorarın dəqiq məbləği və ödənişin vaxtı göstərilməlidir. Bu, həm tərcüməçini, həm də naşiri hüquqi məsuliyyət altına salacaq.
İkinci növbədə peşəkar birliklər. Tərcüməçilərin assosiasiyaları onların hüquqlarını qorumaq üçün mühüm vasitədir. Məsələn, Fransada bu birliklər naşirlərlə kollektiv danışıqlar aparır, tərcüməçilərin qonorarlarının minimum həddini müəyyənləşdirir.
Nəhayət üçüncü növbədə dövlət tənzimləməsi. Bir çox ölkələrin qanunvericiliyində tərcüməçilərin əməyinin qiymətləndirilməsi ilə bağlı konkret maddələr var. Naşir ödənişi gecikdirsə, cərimələnir. Bu tərcüməçinin hüquqlarının təminatına çevrilir.
Azərbaycan üçün də bu yollar aktualdır. İlk növbədə, tərcüməçilərin peşəkar birliklər şəklində təşkilatlanması vacibdir.
Bu birliklər həm hüquqi dəstək verə bilər, həm də kollektiv müqavilələr vasitəsilə naşirlərə qarşı təsir gücünü artırar.
İkinci vacib məsələ qanunvericiliyin təkmilləşdirilməsidir. Hazırda qonorarların ödənilməsi ilə bağlı dəqiq mexanizmlər yoxdur. Halbuki, tərcüməçilərin hüquqlarını qoruyan ayrıca maddələrin qanunlarda əks olunması zəruridir.
Üçüncü, dövlət qurumları və mədəniyyət institutları tərcümə işini strateji sahə kimi dəyərləndirməlidir.
Çünki tərcümə təkcə kitab deyil, həm də Azərbaycanın dünyaya açılan qapısıdır.
Tərcüməçi olmadan dünya ədəbiyyatı oxucuya çata bilməz. Tərcüməçi millətin dünyaya çıxış biletidir.
Əgər bu bileti dəyərsizləşdiririksə, özümüzü dünyadan təcrid edirik.
Çıxış yolu isə aydındır; naşirlər məsuliyyətli davranmalı, tərcüməçilər birlik şəklində təşkilatlanmalı, dövlət isə bu əmək münasibətlərini qanunvericiliklə dəstəkləməlidir.
Deyəcəklərim bu qədər.

"Turin kəfəni"nin saxta olduğuna dair dəlil tapıldı Bursada “Azərbaycan günləri” keçiriləcək Toyuq ürəyi - Fernanda Melkorun hekayəsi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://kulis.az
archiveBu xəbər 24 Sentyabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri