Icma.az
close
up
RU
Qanun nəşriyyatı tərcüməçilərin ödənişini etmir?

Qanun nəşriyyatı tərcüməçilərin ödənişini etmir?

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qanun" nəşriyyatı tərcüməçilərin ödənişlərini etmir.

Bu barədə Oxu.Az-a şair, tərcüməçi Qismət Rüstəmov məlumat verib.

O bildirib ki, ötən ilin mart, aprel aylarından bu günə qədər tərcüməçilərə gördükləri işin müqabilində ödənişləri edilmir:

"Buna səbəb kimi isə nəşriyyatın maddi sıxıntıları səbəb göstərilir. Tərcüməçilər və redaktorlara əlavə məlumat da verilmir və aylardır ki, "gözləyin" deyirlər. Ümumilikdə isə problemdən əziyyət çəkən tərcüməçilərin sayı çoxdur".

"Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu da Oxu.Az-a iddialarla bağlı cavab verib. O bildirib ki, son illərdə qonorar ödənilməsi ilə bağlı, həqiqətən də, problemləri yaranıb:

"Biz bunu dəfələrlə açıq şəkildə bildirmişik ki, çətinlik var. Çalışırıq ki, heç olmasa, daim işlədiyimiz adamların qonorarlarını ödəyə bilək və bu vəziyyəti arxada qoyaq. Bizim işlədiyimiz tərcüməçilər, əsasən, kənardan işləyirlər. Onların əlavə işləri var və biz də onlara tərcümələr veririk, evdən işləyirlər. Çoxunu da tanımırıq, amma koordinatorlar onları tanıyır və bu işi tənzimləyirlər. İndi ola bilər ki, gecikmələr var və bu da təbii haldır, bizim real vəziyyətin mənzərəsidir".

"Amma bu o demək deyil ki, biz onlara qonorar ödəmirik. Biz qonorar ödəyirik, amma vaxtında ödəmirik. Ya gec olur, ya da onlar istədiyi məbləğdə olmur. Məsələn, yığılan qonorarın hamısını birdən istəyəndə bunu vermək mümkün deyil, çünki daimi işləyən işçilər də var. Kitabın da ümumi satış göstəriciləri göz qabağındadır. Sadəcə, narazılığın sürəti daha tezdir. İllər boyu 20, 30, 50 minə qədər qonorar alanlar var ki, sağ ol deməzlər, amma 100 manat gecikəndə dərhal paylaşarlar", - deyə nəşriyyatın rəhbəri əlavə edib.

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 Sentyabr 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri