Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Tərəzi xalqın gözü və avrokuboklardır!

Tərəzi xalqın gözü və avrokuboklardır!

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Dedik-yazdıq, şikayətləndik. Dəfələrlə narahatçılığımızı ifadə etdik ki, Azərbaycan futboluna sürətlə Türkiyədən mənfi əlamətlər inteqrasiya olunur. Amma prosesi önləmək təəssüf ki, mümkün olmur. Getdikcə daha çox hiss edirik ki, futbol bir kənarda qalır, qalmaqallara, şou xarakterli davranışlara daha çox meydan verilir. Yararsız transferlər, yanlış idarəçilik, milyonların göyə sovrulması adicə bir hakim səhvindən sonra unudulur, bütün diqqətlər ora fokuslanır.

İddia etmirəm ki, hakimlər səhv etmir. Edirlər, özü də bəzən çox gülünc və kobud şəkildə. Həmin səhvlərin nəticəsində də hansısa klubun haqqı yeyilir, mövsüm ərzində çəkilən xərclər və əziyyət boşa gedir. Buna görə də zaman-zaman hakimlikdən edilən şikayət və narazılıqları başa düşürəm, klub rəsmilərinə, azarkeşlərə haqq qazandırıram. Amma bir məsələ də var ki, heç də bütün uğursuzluqların səbəbkarı ədalət təmsilçiləri deyil.

Ötən tur "Zirə” "Turan Tovuz”a cavab qolu vurandan sonra "CBC Sport” Rəşad Sadıqovu ekrana gətirdi. Qəribə təsadüf idi ki, çalışdırıcı da həmin məqamda su içirdi. Epizodu görəndən sonra Ehtiram Quliyevin sözlərini xatırladım. Əliyar Ağayevin yol verdiyi səhvlərə görə çox dəyərli Ehtiram bəy təhqiredici ifadələr səsləndirmiş, insanların heysiyyətinə toxunmuşdu. O qalmaqallı qarşılaşmadan sonra "Turan Tovuz” iki dəfə "Zirə” ilə qarşılaşıb. Amma heç birində qələbə qazana bilməyib. Həmin iki oyunda nə hakimlər, nə də digəri "Turan Tovuz” futbolçularının əl-qolunu tutub, qələbə qazanmağa mane olmamışdı. Deməli, bu iki komandanın gücü elə aşağı-yuxarı eynidir, səviyyələri oxşardır. Sadəcə, Ağayev həmin gün səhvə yol verdi, futbolçuların və məşqçilərin etdiyi səhvlərinin üstünü ört-basdır etmək asanlaşdı.

Eyni yanaşma "Neftçi”də də var. "Ağ-qaralar”a qarşı da hakimlərin zaman-zaman səhv etdiklərini görürük. Amma bu səhvlər klub rəhbərliyinin transfer siyasəti, legioner seçimi zamanı yol verdikləri səhvlərdən daha betər deyil. Abubakar kimi bahalı, amma artıq çəki problemi olan, yaxşı vaxtları çoxdan geridə qalmış hücumçuya xərclənən milyonların hesabatını verməmək üçün hakimlərdən yapışmaq yaxşı taktikadır. Fiziki və mənəvi baxımdan xeyli yorğun, ağır zərbələrdən sarsılmış "Qarabağ” "Neftçi”yə elə onun meydanında beş qol vurdu. Özü də tam ədalətli hakimliklə. Deməli, "Neftçi”nin ardıcıl neçənci mövsüm avrokuboklardan kənar qalmasında əsas günah hakimlərdə deyil, klubu idarə edənlərdədir. Bu cür pafosla, şoularla azarkeşlərin diqqətini başqa səmtlərə yönəltməklə inkişaf etmək mümkün olmayacaq.

Bizimkilərin tutduğu yol İstanbulda "Fənərbaxça” rəhbərliyinin elədiklərinə oxşayır. Milyonları əcnəbilərin ayağının altına səpələyən Sadəttin Saran, Ali Koç kimilər "Qalatasaray”ın uğurlarına "yapı var” bəhanəsiylə don geyindirirlər. Mövsümün ən vacib oyununa "Qalatasaray”a 0:3 hesabıyla uduzan "Fənərbaxça”nın rəsmilərindən biri çıxıb deyir ki, bu mövsümün adı "sakın ha” mövsümüdür. "Tarix-Nadir”i yarıya yox e, lap bütöv oxumaq da bu adamları anlamaq üçün kifayət etmir. Konfrans Liqasında "Nottingem Forest”ə öz meydanında 0:3 uduzanda "qəsdən uduzduq, diqqəti Türkiyə çempionu olmağa yönəldəcəyik” deyirdilər. Çempionlar Liqasında uğurlu mövsüm keçirən, "Liverpul”a iki dəfə qalib gələn "Qalatasaray” nümunəsi də gözlərinin önündə idi. Bu gün həmin "Qalatasaray” "Fənərbaxça”dan 7 xal öndədir və növbəti çempionluğa qovuşmağı an məsələsidir.

Bu misalları ona görə çəkirəm ki, bizim klub rəsmiləri onlara oxşamağa çalışmasınlar. Atalarımız "xalqın gözü tərəzidir” deyib. Xalq hər şeyi bilir və görür. Bir də ki, avrokuboklarda əsl həqiqət üzə çıxır, orda kimisə aldatmaq mümkün deyil.

Amal Abuşov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Aprel 2026 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see653

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see328

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see312

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see307

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see300

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see297

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see277

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see276

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see269

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see268

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see254

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see252

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see230

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see220

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see220

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see219

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see213

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see209

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see205

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri