Icma.az
close
up
RU
Termik yanıqlar zamanı ilk tibbi yardım FOTO

Termik yanıqlar zamanı ilk tibbi yardım FOTO

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dərinin və dərialtı toxuma qatlarının zədələnmə dərəcəsinə görə yanıqlar 4 dərəcəyə ayrılır: 1-ci dərəcəli yanıq zamanı dərinin yalnız səthi qatları zədələnir. Bu zaman zədələnmiş sahədə qızartı və ağrı qeyd edilir.

Yanıqların bu dərəcəsində adətən xüsusi müalicə tələb olunmur. Belə yanıqlar heç bir iz buraxmadan tez bir zamanda sağalırlar.
2-ci dərəcəli yanıq zamanı dərinin xarici qatındakı hüceyrələrin ölməsi və lay şəklində aralanması baş verir. 2-ci dərəcəli yanıq da 1-ci dərəcəli yanıq kimi başlayır, ancaq sonradan dəridə içərisində sarımtıl maye olan qabarcıqlar (suluqlar) yaranır.
3-cü dərəcəli yanıq dərinin bütün qatlarını əhatə edir. Yanıqdan bir neçə saat sonra içərisində qatı həlim şəkilli maye olan qabarcıqlar yaranır. Onlar gərilmiş şəkildə olub tez bir zamanda partlayırlar. Yaranın dibi qırmızı rəngdə olub ağımtıl ərplə örtülür və ya ağ rəngdə olur.
4-cü dərəcəli yanıqlar çox təhlükəli hesab edilir. Bu yanıqlar zamanı nəinki dərinin bütün qatları, həmçinin dərialtı birləşdirici toxuma və əzələ qatı da zədələnir. Bu zaman yaranın səthi tutqun-boz rəngdə olur. Zərərçəkəndə şok baş verə bilər. Bu halda kəskin həyəcanlılıq, qorxu və ağrı hissiyyatı - süstlük, apatiya, dərinin avazıması əlamətləri ilə əvəz olunur. Zərərçəkən əsnəyir, ətrafında baş verənlərə zəif reaksiya verir. Onun nəbzi sürətlənir, bəzən qusma da baş verə bilər.

4-cü dərəcəli yanıqdan sonra yaralar uzun müddət ərzində sağalır, uzun müddətli və mürəkkəb cərrahi müalicə tələb olunur, bəzi hallarda isə yanıq nəticəsində zədələnmiş ətrafın amputasiya (kəsilməsi) edilməsinə tələbat yaranır.
Zədələnən şəxsin ovucun səthi onun ümumi bədən səthinin təxminən 1%-ni təşkil edir. Ümumi dəri örtüyünün 5%-i zədələndiyi halda yanıq sahəsi geniş hesab edilir.
Zərərçəkənə ilkin yardım göstərilməsinin lap əvvəlində mümkün qədər tez bir zaman ərzində yüksək temperaturun təsirini dayandırmaq lazımdır. Əgər bu alov olarsa, zərərçəkənin üzərinə su tökmək və ya onun üstünə örtük, ədyal atmaq lazımdır. Bu zaman alov sahəsinə hava axını kəsildiyi üçün o, tez bir zamanda sönür. Bunları çox ehtiyatla, zərərçəkənin başını örtmədən etmək lazımdır. Əks halda onda tənəffüs yollarının yanığı və yanmanın toksik məhsulları ilə zəhərlənmə baş verə bilər. Bundan sonra mümkün qədər cəld hərəkətlərlə, yanıq sahəsini zədələmədən, yanmış paltarlarını kəsib çıxarmaq lazımdır. Əgər paltar bədənin zədələnmiş hissəsinə yapışarsa, onu yaradan qoparmaq olmaz – bu halda paltarın həmin sahəsini yara ətrafı boyunca kəsmək lazımdır.
Aşağıdakı hallarda dərhal “təcili yardım” çağırın:
- yanıq sahəsi zərərçəkənin 5 əl pəncəsi səthindən artıq olduqda;
- yanığa məruz qalan uşaq və ya yaşlı şəxs olduqda;
- 3-cü və 4-cü dərəcəli yanıqlar zamanı;
- qasıq sahəsi yandıqda;
- ağız, burun, baş, tənəffüs yolları yandıqda;
- iki ətraf yandıqda.

Yanıqlar zamanı ilk tibbi yardımın xarakteri yanığın dərəcəsindən və sahəsindən asılıdır.
Yüngül və ya sahəsi çox da geniş olmayan yanıqlar zamanı ilk tibbi yardımı zədələnmiş sahənin soyudulmasından başlayırlar. Bədənin yanan sahəsini 10-15 dəqiqə (!) ərzində soyuq axar su altında saxlayın. Bu dərinin soyumasına, ağrının keçib getməsinə və yanığın dərinin daha dərin qatlarına yayılmasının qarşısını alır. Bu zaman buzdan istifadə etmək olmaz, bu travmanı artıra bilər! Yanan sahəyə yağ, yağlı məlhəmlər, vazelin və digər yağlı maddələr və yumurta da sürtmək olmaz!
Dəri su ilə soyudulandan sonra yanıq sahəsini steril bint və ya xovu olmayan, təmiz, yumşaq, təzə ütülənmiş parça ilə sarımaq lazımdır. Binti spirtdə və ya araqda isladmaq olar, onlar ağrıkəsici təsir göstərir və bəzi hallarda suluqların əmələ gəlməsinin qarşısını alır.
Yanıq sahələrinə heç vaxt yod, brilyant yaşılı (“zelyonka”), kalium permanqanat (“marqansovka”) və digər bu tipli antiseptikləri sürtmək olmaz. Həmçinin, yanıq sahəsini heç bir halda sidiklə “təmizləməyin”, sürtkəcdən keçirilmiş kartof və ya kartof qabığı və s. bu kimi “vasitələr” də qoymayın, çünki bu zaman siz yaraya infeksiya sala bilərsiniz.


Yanıq sahəsinə yalnız soyuq su ilə soyutduqdan sonra (!) yanıqlara qarşı olan “Pantenol”, “Levian”, Levizol” və s. bu kimi xüsusi aerozol vurmaq olar.
Güclü və sahəsi xeyli dərəcədə geniş olan yanıqlar zamanı (insan bədəninin çox hissəsi yandıqda) zərərçəkəni təmiz döşəkağı ilə bürümək, daha sonra üstünü ədyalla örtmək, ona antihistamin (suprastin, klaritin və.), ağrıkəsici dərmanlar vermək, duz qatılmış su içirtmək (1 l suya 1 çay qaşığı duz) və dərhal xəstəxanaya çatdırmaq lazımdır.
Əgər zərərçəkən şəxsdə şok başlanarsa, ona içməyə maye vemək olmaz.
Uşağa antihistamin preparatını, həmçinin ağrıkəsici dərmanı (məsələn, panadol, nurofen və s.) yaşına uyğun dozada olmaqla, yanıq sahəsi hətta geniş olmadıqda da vermək lazımdır. Güclü yanıqlar zamanı

dözülməz ağrılar yarandığı üçün, ağrı şokunun qarşısını almaq məqsədi ilə, ağrıkəsici dərmanların verilməsi çox vacibdir!

Zərərçəkənin dərisində qabarcıqlar əmələ gələrsa, onları deşmək olmaz. Bu, təhlükəli infeksiyaların yaraya daxil olmasına səbəb ola bilər.
Gözlərin termik yanıqları zamanı gözləri xeyli həcmdə su ilə yumaq, boş sarğı qoymaq və zərərçəkəni təcili olaraq tibb müəssisəsinə çatdırmaq lazımdır.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:380
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 21:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri