Icma.az
close
up
RU
Terminallar niyə qəpiklə ödəniş qəbul etmir?

Terminallar niyə qəpiklə ödəniş qəbul etmir?

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Son zamanlar bəzi market və mağazalarda vətəndaşlardan xırda pul (qəpiklər) qəbul edilməməsi barədə şikayətlər artır. Bu hal qanun pozuntusu olmaqla yanaşı, istehlakçı hüquqlarını ciddi şəkildə məhdudlaşdırır. İş o yerə çatıb ki, bəzi ticarət müəssisələri hətta bəzən böyük məbləğdə pulu manatlıqlarla qəbul etmirlər.

Bəs görəsən xırda pulun istənməməsinə əsas səbəb nədir? Belə halla qarşılaşan şəxsin hansı hüquqları var?

Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı Baku.ws-ə açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirir ki, bəzi hallarda pulun satıcı tərəfindən qəbul edilməməsi satıcının kaprizindən ortaya çıxan hal olur.

O ki qaldı xırda pulun, qəpiklərin qəbulu zamanı ortaya çıxan narahatlıqlara, burada bir neçə məqam var:

"Əsas hal ondan ibarətdir ki, mağaza sonra qəpikləri kiməsə qaytarmalıdır. Həmin vaxt müştəri özü bunu götürməkdən imtina edir. Bu ödənişlərdə ortaya çıxan əsas problemin səbəbi budur. Əgər yadınızdadırsa o vaxt 100 dollarlıqla bağlı problem aktual idi. Hansı ki 1996-cı ildən bəri olan dollarları qəbul etmirdilər. Amerikada belə bir şey yox idi, orada qəbul olunurdu. Bəs bankların çətinliyi nə idi? Banklar aldığı köhnə pulu başqasına verə bilmirdi, qalırdı əlində. Bank zatən pulu dövr etmək üçündür. Lakin əhali arasında süni ajiotaj yarandı, problem oldu. Daha sonra məsələ işıqlandı və hazırda elə tip problem qalmayıb. İndi 1996-cı ilin pulu götürülür, heç bir narahatlıq da yaranmır. Yenə də təkrar edirəm mağazalar xırda 3-5 qəpiyi kiməsə verə bilmir deyə götürmək istəmirlər. Belə halda mağaza həmin qəpikləri yığıb banka apara, orada dəyişə bilərlər. Lakin bu halda da kassir üçün 1 kq qəpiyi saymaq çətin olur. Bütün belə məsələlər mağazanı narahat edir".

Həll yoluna gəldikdə isə ekspert deyir ki, vətəndaşların çoxu xırda pulları ödəniş terminallarında əridə bilər. Lakin terminallar aşağısı 1 manat pul qəbul edir. Bunun özü də problem yaradır:

"Ödəniş terminalları tərəfdən məsələyə baxanda onlara da haqq vermək olur ki, terminalın məhdud tutumu var, onu 1, 3 və ya 5 qəpiklə doldursaq tez-tez xidmət etmək lazım gələr. Bu da onların xərcini artıracaq, artan xərc artan kamisiyalara səbəb olacaq".

Son olaraq ekspert vurğulayır ki, bütün hallarda heç kəsin xırda pulu qəbul etməmək ixtiyarı yoxdur:

"Onlar dollar, sent və avronu qəbul etməyə bilərlər. Lakin ölkədə qanunvericilik tələb edir ki, ödənişin formasından asılı olmayaraq qəbul olunmalıdır. Müştəri ödəniş formasını özü seçə bilər kartla və ya nəğd formada. Müştəriyə xidmət edən şəxslər ona post terminal verməli və ya qəpikləri mütləq şəkildə qəbul etməlidirlər. Bu onların borcudur".

Hüquq demişkən vəkil Sevinc Əliyeva bildirib ki, bu halda istehlakçı hüquqları pozulur. Bununla bağlı qanun da var:

"Azərbaycan Respublikası ərazisində dövrüyyədə olan pul vahidi AZN-dir. Dövlət tərəfindən qəbul edilən pul vahidi istər qəpik, istərsə də manat olsun bunun heç bir fərqi yoxdur. İmtina səbəbi qanunsuzdur. Heç kəs deyə bilməz ki mənə qəpik verməyin və s.".

Vəkil deyir ki, eyni hal vətəndaşa da aiddir. Vətəndaşın da pulu qəbul etməmək ixtiyarı yoxdur:

"Tək mağazalarda yox, cərimələrin ödənilməsində də bu hal aktualdır. Xatırlayıram ki, bu hal bir dəfə də yaşanmışdı. Məhkəmədə böyük məbləğdə pulun qəpiklə ödənilməsi həyata keçirilmişdi. Vətəndaşın istehlakçı kimi hüququdur ki pulu dövriyyəyə buraxılan istənilən pul vahidi ilə ödəsin".

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydalara əsasən, manat və qəpiklər ölkənin rəsmi pul vahididir və istənilən məbləğdə qəbul edilməlidir. Bu tələb "Azərbaycan Respublikasında Nağdsız Hesablaşmalar Haqqında Qanun" və Mülki Məcəllədə təsbit olunub.

Belə halla rastlaşan şəxs, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilər. Onlar istehlakçı hüquqlarını müdafiə etmək üçün məsul qurumdur. Belə qanun pozuntuları aşkarlanarsa, mağaza və ya marketlərə qarşı cərimə tətbiq oluna bilər. Antiinhisar xidməti həm fiziki, həm də hüquqi şəxsləri məsuliyyətə cəlb etmək hüququna malikdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 10 Dekabr 2024 23:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see325

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see260

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see226

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see224

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see223

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see192

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see183

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see181

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see181

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see180

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see176

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see176

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see175

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see171

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see170

Gürcüstanın yeni tranzit gedişi: Baş nazir regional planlarını açıqladı

17 İyul 2026 19:10see169

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see167

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see163

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see161

“Çelsi” Rocerslə bağlı “Aston Villa” ilə razılığa gəlib

19 İyul 2026 07:17see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri