Icma.az
close
up
RU
TerPetrosyan Azərbaycana qarşı soyqırımının banisi, koçaryanların cinayət ortağı ŞƏRH

TerPetrosyan Azərbaycana qarşı soyqırımının banisi, koçaryanların cinayət ortağı ŞƏRH

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son zamanlar Azərbaycan ictimaiyyəti sanki “pis erməni, yaxşı erməni” seçimi ilə üzləşib. Onlara bu seçimdə yenə bu etnosun liderlərindən biri Ermənistan Respublikasının birinci prezidenti Levon Hakopi Ter-Petrosyan 1993-cü il iyulun 23-ündə erməni “fəalları”, hərbçiləri, dövlət rəsmiləri qarşısında çıxışı ilə bağlı yayılan videosu ilə yardım edib.

O, çıxışında 1988-ci ildən 1993-cü il iyulun 23-dək ermənilərin Azərbaycan türklərinə, azərbaycanlılara qarşı apardığı etnik təmizləməyə haqq qazandırıb. Bu, soyqırımına bərabər tutulur. Odur ki, Ter-Petrosyan ermənilərin azərbaycanlılara qarşı beş ildə iki dəfə soyqırımı etdiklərini etiraf edib.

O, Ermənistandan, erməni dövlətindən danışır. Videoda Ter-Petrosyanın belə dediyi eşidilir: “Ermənistan və Dağlıq Qarabağ 600 illik problemi (?!-red.) yadlardan (azərbaycanlıları nəzərdə tutur-red. ) tamamilə təmizləyərək həll etdi. Bu gün Ermənistanda, 1988-ci ildə olduğu kimi, 180 min digər millətlərin nümayəndələri olsaydı, bizim dövlətimiz olmazdı. Onda biz şimal və şərq rayonlarımızı, Sevan bölgəsini (Göyçə-red.) müdafiə edə bilməzdik. Xatırlayırsız, üç rayonda- Vardenis (əsl adı Basarkeçər-red.), Masis (Zəngibasar-red.) və Amasiyada azərbaycanlılar çoxluq təşkil edirdi. Onlar Zəngəzurda da böyük çoxluqda idilər. Bu problemi bizim “Miatsum” (“Birlik”) hərəkatımız həll etdi. Bunlar göydən düşməyib. Xalqımızın milli-azadlıq mübarizəsi bu problemi həll edib. Erməni ümummilli hərəkatının hərbi qanadı “Yerkrapa” bizim özünümüdafiə dəstələrimiz bu problemi həll edib. Bu hadisələr Qarabağda da baş verib. Hazırda Qarabağın (o, “artsak” deyir) bütün, daha böyük ərazisi ermənilərin əlindədir”.

O həmin çıxışda Ağdamı da erməni silahlılarının ələ keçirdiyini elan edib. Zala toplaşanlar isə onu xəbərini alqışlarla qarşılayıb.

Ter-Petrosyan ənənəvi erməni yalanını bu toplantıda “yada salıb”. Guya ermənilər 600 ildir bu ərazilər uğrunda “mübarizə aparıblar”. Halbuki, altı əsr öncə XV əsrin 90-cı illərində Cənubi Qafqaz bütövlükdə Azərbaycan türklərinin bütün istiqamətdə nəzarəti altında idi. O illərdə Cənubi Qafqazda ermənilər demək olar ki heç yox idi. Region həmin illərdə Ağqoyunuların, sonrakı dövrlərdə isə Səfəvilərin hakimiyyəti altında olub. Başqa sözlə, bu ərazilər daim Azərbaycan türk sülalələrinin nəzarəti altında olub. Ara-sıra başqaları bu torpaqları ələ keçirsə də, sonra müharibələr nəticəsində məğlub olaraq əraziləri tərk ediblər. Bu baxımdan Ter-Petrosyan “Böyük Ermənistan” ideologiyasının qulu olduğunu, ona qulluq etdiyini nümayiş etdirib.

Ter-Petrosyan adlarını sadaladığı rayonlarda azərbaycanlıların say baxımından üstünlüyünü də etiraf edib. Bu, həm də indiki Ermənistan ərazisində Azərbaycan türklərin çoxluqda olduğunu təsdiqləyən faktlardandır. Çünki 1988-1992-ci illərdən əvvəl azərbaycanlılar Qərbi Azərbaycandan, yaxud indiki Ermənistandan xarici qüvvələrin, türk düşmənlərinin havadarlığı ilə güc, silah tətbiqi ilə qovulub çıxarılıblar.

Ter-Petrosyan sevincək, yüksək ovqatla 180 min azərbaycanlıdan (əslində, 300 minə yaxındır, burada da ermənilər saxtakarlıq edir) Ermənistanı “təmizlədik” deməklə 1993-cü ilədək bu “ölkə” ərazisində azərbaycanlılara, Azərbaycan türklərinə qarşı törədilən 90 illik etnik təmizləmə, soyqırımı cinayətini qürrələnərək bildirib.

Ermənilərin “qələbəsindən” danışmış, onların təəssübünü çəkən Levon Ter-Petrosyanın nə ermənilərə, nə Ermənistana, nə də Cənubi Qafqaza heç bir aidiyyəti yoxdur. Çünki o, 1945-ci ildə Suriyanın Hələb şəhərində anadan olub.

Bu ailənin banisi keşiş Petros 1720-ci ildə Kilikiya katolikosu Hovhannes Acnetsinin tapşırığı ilə Anadoludan indiki Suriya ərazisinə köçüb. Onun anası Azatui Qaribyan erməni deyil, assoridir.

1989-cu ilin avqustunda Ter-Petrosyan Ermənistan SSR Ali Sovetinin deputatı, 1989-cu ilin noyabrında isə Erməni Milli Hərəkatının sədri seçilib. 1990-cı ilin avqustunda o, yeni çağırış Ermənistan Ali Sovetinin sədri olub. Onun sədrliyi ilə 1990-cı il avqustun 23-də Ermənistanın müstəqilliyi haqqında bəyannamə qəbul edilib.

Levon Ter-Petrosyan həm də indiki baş nazir Nikol Paşinyanın dəyişə, yaxud yeniləyə bilmədiyi təcavüzkar konstitusiyanın da banisi, təşəbbüskarı sayılır. Bəlkə də hökumət başçısı bir zamanlar patronu sayılan Ter-Petrosyandan, bir zamanlar onu hakimiyyətə gətirən daxili və xarici qüvvələrdən çəkinərək, müxtəlif bəhanələrlə vaxtı uzadır.

Qeyd edək ki, Levon məlum çıxışında status-kvonun uzadılmasının faydalı olduğunu bildirir. Onda Ermənistanın və havadarlarının strategiyası vaxtı uzadıb, axırda Azərbaycanın yaranmış vəziyyətdən bezərək torpaqları qaytaracağına ümid bəsləməkdən ibarət olub. İndi Nikol Paşinyan da konstitusiyadakı təcavüzkarlığa dair iddialı maddələrdən imtina etməməklə həmin xətti davam etdirmək niyyətindədir.

Levon Hakopi keşişlərin tərbiyəsini almış qarışıq ermənidir. O, ailədən aldığı tərbiyə nəticəsində Azərbaycana, Türkiyəyə, türklərə qarşı düşmənlik ruhunda böyüyüb. Bu düşmənlik onun qanındadır.

O, 1991-ci il oktyabrın 17-dən 1998-ci il fevralın 3-dək Ermənistanın prezidenti olub. Bu illər ərzində Ermənistandakı sonuncu azərbaycanlı kəndi, Nüvədidən də türklər güc yolu ilə çıxarılıblar.

Levon Ter-Petrosyan noyabrın 20-də Qarakənddə törədilən faciənin də təşkilatçılarından sayılır. O, 1992-ci il fevralında Xocalıda, Qaradağlıda və Azərbaycanın daha neçə-neçə kəndində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımının həmmüəlliflərindən biri də keşiş törəməsi Ter-Petrosyandır.

Odur ki, erməni liderləri sülhsevər, humanist, mehriban qonşu kimi görünməyə çalışsalar da maskaları dar macalda cırılır. 1993-cü ildə Azərbaycan türklərindən Ermənistanı və Qarabağı təmizlədiklərini fəxrlə söyləmiş Ter-Petrosyan beş il sonra 1998-ci ildə saxtakarcasına sülhdən bəhs edib. Robert Koçaryan, Serj Sarqsyan da elə keyfiyyətə malikdirlər. Onların heç biri qondarma qurumun müstəqilliyinin tanımağa cürət etmədikləri halda sonrada bəyan etdilər ki, Qarabağı “heç Azərbaycanın tərkibi” saymayıblar. Bəs, onda Qarabağ kimindir?

Elə indi özünü ter-petrosyansayağı maskalayan Nikol Paşinyan da 2019-cu ildə Tehranda “Qarabağ Ermənistandır” deyirdi. Bir ildən sonra o və komandası Qarabağın Azərbaycana aid olduğunu dəfələrlə təkrarlamağa başladı.

Cəfər Cabbarlının “1905-ci ildə” pyesində indiyədək aktual olan bir atalar sözü işlədilib: “İlanın ağına da, qarasına da lənət”. İndi Ter-Petrosyanla, Koçaryanın, Sarqyanın, Paşinyanın, yaxud başqa bir yanın heç bir fərqi yoxdur.

Bunlar düzəlmir. Heç deyəsən düzələnə də oxşamırlar. Azərbaycan Müdafiə Nazirliyi məlumatına görə, yanvarın 5-i saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ və Xanazax istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Ona görə də “qozbeli qəbir düzəldər”.

Ter-Petrosyanın sülhsevər olduğunu, Paşinyanın bütün şərtlərə əməl etmək istədiyini və başqa bu kimi fikirlərin daşıyıcıları - zəhmət olmasa “1905-ci ildə”ni bir dəfə də oxuyun. Soyadının qarşısında Terin olub, olmamasından asılı olmayaraq petrosyanlar, paşinyanlar belə tezliklə düzələnə oxşamır. Çünki tərbiyələri əvvəlindən korlanıb. Ter-Petrosyan Koçaryanın, Sarqsyanın və başqalarının Qarabağda, Ermənistanda törətdikləri cinayətlərə ortaqdır...

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://report.az
archiveBu xəbər 06 Yanvar 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see405

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see387

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see337

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see300

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see294

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see271

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see258

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see234

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see232

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see224

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see152

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see140

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see138

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see128

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see124

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri