Terrorçuluğa görə cəzalar sərtləşdirilir Layihə ilk oxunuşdan keçdi
Icma.az bildirir, Turkstan.az portalına istinadən.
Milli Məclis terror təşkilatı yaratma, ona rəhbərlik etmə və ya onun fəaliyyətində iştirak etməyə görə cəzaları sərtləşdirən dəyişiklikləri ilk oxunuşda qəbul edib.
Turkustan.az xəbər verir ki, layihəyə əsasən, Cinayət Məcəlləsinə yeni 214-4-cü maddə əlavə olunur. Bu maddəyə görə, terror təşkilatı yaratma və ya ona rəhbərlik etmə 10-14 il azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Terror təşkilatında iştirak və ya üzvlük isə 7-12 il həbs cəzası ilə nəzərdə tutulur.
Eyni zamanda, bəzi hallarda könüllü xəbərdarlıq və ya hüquq-mühafizə orqanlarına yardım edən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi də nəzərdə tutulur.
Bundan başqa, Cinayət Məcəlləsinin 282-ci maddəsinə dəyişiklik edilərək təxribat anlayışı genişləndirilir. Buraya kritik infrastruktur (enerji, nəqliyyat, telekommunikasiya), elmi-texniki potensial və informasiya sistemləri də əlavə olunur, həmçinin süni intellektdən istifadə halları ağırlaşdırıcı faktor kimi daxil edilir.
Layihə səsvermədən sonra birinci oxunuşda qəbul edilib./“Yeni Sabah”
Baxış sayı:130
Bu xəbər 10 Aprel 2026 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















