Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Terroru “şərəf” kimi təqdim edən ideoloji kod Heydər Əliyevin tərcüməçisi yazır

Terroru “şərəf” kimi təqdim edən ideoloji kod Heydər Əliyevin tərcüməçisi yazır

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Hər il iyulun 27-də dünyanın müxtəlif ölkələrində yaşayan ermənilər, o cümlədən ABŞ, Fransa və Livan diasporu, qanlı bir terror aktını anmaq üçün toplanır. Bu tədbirlərdə "azadlıq uğrunda canını fəda etmiş qəhrəmanlar" obrazı yaradılır, dini ayinlər, rekviyemlər oxunur. Anılanlar isə əslində günahsız insanların həyatına son qoyan, özlərini partladaraq səfirliyi qan gölünə çevirən terrorçulardır.

Söhbət 1983-cü ildə Portuqaliyanın paytaxtı Lissabonda törədilən və tarixə “Lisbon 5” adı ilə düşmüş qanlı hadisədən gedir.

1983-cü ilin iyulunda baş verən “Lisbon 5” hadisəsi təkcə insanlıq əleyhinə törədilmiş cinayət deyil, həm də terrorun qəhrəmanlaşdırıldığı təhlükəli bir ideologiyanın simvoludur. Bu hadisə zamanı türk diplomatın xanımı və bir Portuqaliya polisi amansızlıqla qətlə yetirilmiş, bir ailə dağıdılmış, beynəlxalq ictimaiyyət sarsılmışdı. Və bu gün, illər sonra belə, həmin dəhşətli akt “qəhrəmanlıq nümunəsi” kimi anılır...

Lisbon 5 nədir?

1983-cü il iyulun 27-i Sarkis Abrahamyan, Setrak Acemyan, Vaçe Dağlıyan, Ara Kurcuhliyan, Simon Yahneyan Lissabondakı Türkiyə səfirliyinə daxil olaraq müvəqqəti işlər vəkili Mustafa Mıhcıoğlunun xanımı Cahidə Mıhçıoğlunu və 17 yaşlı oğlu Atasayı girov götürürlər. Portuqaliya baş naziri Mario Soares vəziyyəti nəzarət altına alaraq kabinetin fövqəladə iclasını keçirir və olay yerinə Britaniyada təlim keçmiş 170 elit polis göndərir. Səfirliyin binası mühasirəyə alınır. Hadisənin sonu faciə ilə bitir: diplomatın xanımı Cahidə Mıhçıoğlu və Portuqaliya polisi Manuel Paçeko öldürülür. Terrorçular binanı partladaraq özlərini də məhv edirlər. Hadisə zamanı yaralanan diplomatın 17 yaşlı oğlu Atasay isə möcüzə nəticəsində sağ qalır.

Hadisə təkcə Türkiyədə deyil, beynəlxalq aləmdə də ciddi rezonans doğurur. Hadisəyə o vaxtki ABŞ prezidenti Ronald Reyqan da münasibət bildirmişdi.Terrorçuların xanımı qətlə yetirmələri onu xüsusilə təsirləndirmişdi. “Biz digər ölkələrin hökumətləri ilə birgə çalışaraq buna birdəfəlik son qoyacağıq” – deyə,  o bildirmişdi. Bununla bağlı ABŞ Milli Təhlükəsizlik Şurasının üzvü Oliver North terrorçuların neytrallaşmasına yönəlmiş Milli Təhlükəsizlik Qərarları Direktivi(MTQD) (National Security Decisions Directive) hazırlamlşdı. 138 nömrəli həmin MTQD Amerikanın terrorçulardan qorunma hüququnu özündə ehtiva edir.

Əslində bu qanlı olay Portuqaliyada erməni terrorçuları tərəfindən Türkiyəli diplomatlara qarşı törədilən ilk terror hadisəsi deyildi. 1982-ci il iyunun 7-də türk diplomatı Erkut Akbay və onun xanımı Nadide Akbay öz evlərində erməni terrorçuların hücumuna məruz qalmışdılar. Erkut Akbayın bədəninə beş dəfə atəş açılmış və o yerindəcə qətlə yetirilmişdi. Onun xanımı başından yaralanmış, əməliyyat olunmuş və bir neçə ay özünə gəlmədən vəfat etmişdi.

Ədalət Komandosları adlı erməni terror qrupu hücuma görə məsuliyyəti üzərinə götürmüş və qürur hissi ilə iki diplomatın (biri qadın olmaqla) qətlə yetirildiyini elan etmişdi.

Buna baxmayaraq, bu gün həmin terrorçuların adları kilsələrdə, “soyqırımı abidələri” önündə oxunan rekviyemlərdə əbədiləşdirilir. Onların adları məktəblərə, mədəniyyət mərkəzlərinə verilir. Hətta bu hadisənin ildönümü ABŞ, Fransa, Livan və digər ölkələrdəki erməni diasporları tərəfindən rəsmi şəkildə qeyd olunur.

Bu, sadəcə bir yaddaş deyil. Bu, məqsədli şəkildə formalaşdırılmış və gələcək nəsillərə ötürülən terroru qəhrəmanlaşdıran yaddaşdır. Bu, “nifrət mədəniyyəti” üzərində qurulmuş siyasi düşüncənin təzahürüdür.

Haşiyə

2014-cü il iyunun 10-da Ankarada Lissabon küçəsi açılıb. Türkiyənin xarici işlər nazirinin müavini, səfir Nacı Koru Ankarada Lissabon Küçəsinin açılmasında iştirak edib. Portuqaliyanın Türkiyədəki səfiri Corc Kabral və Ankaranın meri Ali Göksin də tədbirə qatılıblar.

Xarici işlər nazirinin müavini Koru tədbirdə cıxış edərək, 1970-1980-ci illərdə erməni terror təşkilatlarının Türkiyəli diplomatlara qarşı keçirdiyi iyrənc terroru xatırladaraq, Lissabonda Türkiyə səfirliyinin diplomatları və onların ailə üzvlərinin qətlə yetirilməsini rəzillik adlandırıb.

Qeyd etmək yerinə düşər ki, küçənin adı rəmzi xarakter daşıyır. Məsələ ondadır ki, Lissabonun Oreiras bələdiyyəsi 2013-cü ildə Linda-a-Velha məhəlləsində  xaricdə erməni terrorçuları tərəfindən qətlə yetirilən türk diplomatlarının xatirəsinə həsr edilmiş abidə açıb. Abidənin açılışı 1982-cü il hücumları zamanı amansızcasına qətlə yetirilmiş administrativ attaşe Erkut Akbay və onun xanımı Nadide Akbayın  ölüm gününün 31-ci ilinə təsadüf edib. Mərhum diplomat və onun xanımının uşaqları tədbirdə iştirak ediblər.  

2015-ci ildə isə Portuqaliyadakı Türkiyə səfirliyinin ərazisində 1983-cü ildə qətlə yetirilmiş diplomat Mıhcıoğlunun xanımı Cahide Mıhcıoğlu və Portuqaliyalı polis zabitinin xatirəsini yad edən abidə ucaldılıb.

Bütün bunlar nəyi göstərir?

Bu, təkcə tarixi xatırlatma deyil. Bu gün bu kimi aktların “anım mərasimi” adı altında keçirilməsi, terrorun tərənnüm olunması cəhdidir. Və belə bir yanaşma təkcə keçmişə deyil, gələcəyə də təhlükədir. Çünki zorakılıq qəhrəmanlıq kimi təqdim edilirsə, bu, yeni zorakılıqların başlanğıcı deməkdir.

İnsan həyatını alçaldan, qadını, uşağı, diplomatı qətlə yetirən heç bir əməlin izahı ola bilməz. Dini ayinlərlə, siyasiləşmiş ritorikalarla qanlı əməlləri romantikləşdirmək nə tarixə, nə də insanlığa sığar.

Bu gün biz – söz sahibləri, yazanlar, danışanlar – belə məqamları xatırlatmalı, beynəlxalq ictimaiyyəti ikiüzlü yanaşmalara qarşı xəbərdar etməliyik. Terror – kim tərəfindən, kimə qarşı və harada törədilməsindən asılı olmayaraq – bir cinayətdir. Terrora “şöhrət” donu geyindirmək isə ikinci cinayətdir.

Tahir Kərimov

Mərhum prezident Heydər Əliyevin tərcüməçisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:266
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 İyul 2025 08:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see355

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see297

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see288

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see287

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see270

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see266

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see263

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see254

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see254

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see253

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see236

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see235

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see227

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see219

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see217

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see214

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see212

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see209

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see203

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri