Icma.az
close
up
RU
Tərsinə xalq: 250 minlik seks ordusu, adamyeyənləri yeyənlər, allahları qoruyanlar … Tailanddan reportaj

Tərsinə xalq: 250 minlik seks ordusu, adamyeyənləri yeyənlər, allahları qoruyanlar … Tailanddan reportaj

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Bəzən dünyanın düz tərəfində yaşadığını düşünürsən. Ta ki, onun tərs üzünə gedənə qədər...


Phuketdə həyatın axını da, inancı da, gülüşü də tərs tərəfdən başlayır. Ya da bəlkə biz “düz” hesab etdiklərimizi çox ciddiyə alırıq.



Tərsinə başladıq...

10 günlük səfərə çıxırıq. Turizm şirkəti hər şeyi səliqə ilə hazırlayıb, firmanın şirindilli xanım əməkdaşı isə sanki “uçuş meneceri” rolundadır - az qala 50 səsli mesaj göndərib, bir-bir təlimatlar verir:

“Pasportu elə tutun, bileti belə göstərin, əşyaları oraya qoyun, günəşdən qorunun, həşəratlara qarşı dərman vurun, digər məsələlərdə də ehtiyyatlı olun...”

Amma aeroporta çatanda məlum olur ki, ən vacib detal unudulub - yerlərimiz bron edilməyib. Yəni, 10 saatlıq uçuş müddətində ən pis oturacaqlara pərçimlənməliyik. Əvvəlcə qanımız qaralır, amma sonra bəxtimiz gülür: təyyarə qalxan kimi görürük ki, bizim sırada və yan cərgədə bizdən başqa heç kim yoxdur: 7 oturacaq bizim ixtiyarımızdadır. Beləcə, “ən pis yer” dediyimiz o arxa cərgə bizim üçün “biznes klass" rahatlığına çevrilir.

Səfər yoldaşlarım - Gündüz və Namiq eyni vaxtda deyirlər: "bəzən komfort bilet sistemiylə yox, qismətlə gəlir". Beləliklə, ayağımız hələ yerdən - ölkəmizdən üzülməmiş bizi təəccübləndirən hadisələr başlayır...

Yolumuz xəyalların ölkəsi sayılan Tailandadır.

Bol əyləncəsi, füsünkar təbiəti haqda çox eşitdiyimiz Tailandın Phuket adasında bizi əvvəlcə əyləncə yox, yas qarşılayır…


Qara lentli günəş

Məlum olur ki, Tailandın kral ailəsində kədərli hadisə baş verib. Kral Maha Vajiralongkornun anası Kraliça Ana Sirikit Kitiyakara 24 oktyabr 2025-ci ildə, 93 yaşında vəfat edib və ölkədə rəsmi yas elan olunub (Bu qanqaraldıcı "qarşılanmanın" dalınca Namiq bığaltı gülümsəyib, başqa bir “müjdəli” xəbəri də verir: Hazır olun, 10 gün dayanmadan yağış yağacaq).

Məktəblər, mağazalar, restoranların divarında çiçəyə, bəlkə də günəşə oxşadılmış qara lentlər asılmış, turistlərə xəbərdarlıq edilmişdi:

“Çox al-əlvan geyinməyin, içki və səs-küyə ara verin”.

Hətta bəzi bar və əyləncə mərkəzlərində proqramlar təxirə salınmışdı.

Biz tropik adaya “rənglərə” görə gəlmişdik, amma bizi qara lentli günəş qarşıladı.

Yolun tərsi - sağdan idarə, soldan hərəkət

Andaman dənizinin qoynunda yerləşən Phuketdə həyat təkcə dəniz sahilində deyil, yolda da fərqlidir. Avtomobillərin sükanı sağdadır, hərəkət isə soldan gedir. Bizim üçün “düz” olan istiqamət burada “tərs” sayılır.

Keçidə çıxanda avtomatik reflekslə sağa baxırsan, amma sol gəlir.

Əvvəl beynin qarışır, sonra başa düşürsən ki, burada təhlükəsizlik hissi də istiqamət dəyişib. Yəni, elə bil, bizdə yol adam üçündür, burda adam yol üçün...


Siqaret qadağandır, amma “ot” sərbəst

Burada siqaret çəkmək elə bil cinayətdir. Nə qədər and-aman eləsən də, Andaman sahilindəki bu şəhərdə elektron siqaretə “yaşıl işıq” yoxdur, tam qadağadır, siqaret üçün də məhdud zonalar var.

Amma qəribədir: 2022-ci ildən marixuana leqallaşdırılıb.

Yəni, tərs məntiq: Siqaret çəkə bilməzsən, amma narkotik istifadəsində sərbəstsən.

Burada 1600-dən çox “cannabis shop” fəaliyyət göstərir. Əgər siqaret çəksən, cərimə, “ot” çəksən, uzaq başı qəbz verirlər.

Turistin beynində sistem error verir: burada zərərli olanla azadlığın sərhədi də tərsdir.

Gözəlliyin tərsi - qadın olan kişilər və turizmin “ladyboy” parıltısı

Phuket küçələrində gözəllik anlayışı dəyişib. Bəzən baxırsan: qadın... yox, kişi... yox, qadın… əslində hər ikisi - əvvəl kişi olub.

Bu ölkədə cinsiyyət peşədir.

Tailand “ladyboy” mədəniyyəti ilə məşhurdur. Cinsini dəyişmiş insanlar burada nə gizlənir, nə də təcrid olunur. Əksinə, səhnədə, barlarda, şou proqramlarda ön plandadırlar.

Turistlər üçün bu, ekzotika, yerli ailələr üçün isə gəlir mənbəyidir.

Bəzi hallarda valideynlər uşaqlarını hələ gənc yaşda bu istiqamətə yönəldirlər - “turistlər belə gözəlliyi sevir” deyə.

Kasıb ailələrdə oğlanların uşaq ikən cinsini dəyişdirirlər ki, evə qazanc gətirsin. Bu artıq bir ənənədir. Beləcə, gözəllik sənayedir, Tailand isə onun “laboratoriyası”.

Səssiz gülümsəməyin səsi

Tay xalqı “Smile Country” - gülümsəyən ölkə adlanır, amma bu gülüş bizimkindən fərqlidir. Bizim gülüş səsli və səmimi, mimikalarla dolu, onlarınkı isə sakit və qoruyucudur. Bir az da sanki özünü gizlətməyin dilidir səssiz gülmək. Bəlkə də ona görə ucadan gülmürlər ki, səslərindən “kim olduqları” bilinməsin. Nə qədər gözəl görünsələr də, kişi səsi bu sehri yoxa çıxardır...

Adama elə gəlir ki, bu xalqda səssizlik daha çox danışır. Təbiətin möhtəşəmliyi, möcüzəvi fonunda tayların taleləri, onların öz tanrılarına yalvarışları, başqa xalqlara xidmət üçün yaşamaları bəzən bir baxış, bir təbəssümdə ifadə olunur...

Gecə həyatının tərsi - işıqlar, “massaj” və sükut arxasındakı sənaye

Phuket daha çox gecələr işıqlanır. Əsas küçələrdə saysız-hesabsız “massaj salonu”, bar, şou zalı...

Seks-turizmin ən bariz nümunəsinə şahidlik edirsən.

Tailandda təxminən 250 000 nəfər seks sənayesində çalışır və onların böyük hissəsi Phuket və Pattayadadır.


Nakkerd meydanında 45 metrlik Budda heykəli

İnancın tərsi - bizdə Allah insanları qoruyur, onlarda insanlar Buddanı

Bizdə inanca görə, insanlar Allaha dua edir, onun tərəfindən qorunur. Burada isə insanlar Buddaları qoruyur.

Küçə, məbəd və mağazalarda yüzlərlə Budda heykəli var. İnsanlar onları yuyur, gül aparır, qida qoyur, dua edir. Bizdə Tanrı görünməzdir, burada hər addımbaşı üzündə təbəssüm olan daş heykəllər sitayış mənbəyidir. Bizdə Allah bizi saxlayır, burada insanlar allahlarını...


Tıxacın tərsi

Phuketdə “tıxac” anlayışı da tərsinədir. Bizdə maşın tıxacı olur, burada mopet.

Bizdə - Bakıda gözə az-az dəyən velosiped-mopedlər üçün ayrıca zolaqlar ayrılıb, burada isə əhalinin çoxu motosikletlə hərəkət etsə də, mopedlər üçün ayrıca yol yoxdur. Hərərkət təhlükəsizliyi problemi ciddi səviyyədədir: 2024-cü ildə Tailandda 14 min nəfər motosiklet qəzalarında həlak olub.

Umumiyyətlə, yerli tayların həyatı da turizmin parıltısı qədər rəngli deyil - sadə, balaca, üzündən səliqəsizlik yağan evlər, dar küçələr, təvazökar həyat. Bu həyatın ortasından xoşbəxt və zəngin turistlər dənizə baxır, yerli taylar isə dənizdən gələn pula.


Bazarda tərs mətbəx

Bizdə bazarda adamın yediklərini yeyirlər — pendir, zeytun, turşu, lavaş, qovurma. Burda isə adamı yeyənləri də yeyirlər. Phuket bazarında rəflər canlı və ya azcanlı “dəniz ordusu” ilə doludur:

qurd kimi burulan octopus (ahtapot), iri dişlərini göstərə-göstərə dalğalanan squid (kalmar), daş kimi bərk mussel (midye), oyster (istridyə), shrimp (karides), krab (xərçəng), sea snail (dəniz ilbizi), eel (ilan balığı).

Yan rəfdə torbaların içində grasshopper (çəkirtkə), silkworm (ipəkqurdu), cockroach (tarakan), scorpion (əqrəb), frog (qurbağa) və hətta snake (ilan) “qızardılmış qəlyanaltı” kimi satılır.

Satıcı gülümsəyib satdığı məhsulu tərifləyir: dadına baxın, çox xırtıldayır.

Burda “xırtıltı” mədəniyyətdir. Bizim üçün isə sınaq.

Günəşsiz yanmaq - kölgə bəs edir

Phuketdə bronzlaşmaq - “yanmaq” üçün günəşə çıxmağa ehtiyac yoxdur. Kölgədə otursan belə, bir saata “yanırsan.” Burada ultrabənövşəyi şüalar buluddan da, ağacdan da keçib dərini “bişirir”. Bizdə yanmaq üçün günəş lazımdır, burada isə yanmaq üçün kölgə bəs edir. Günəş isə bizim kimi adamlara “yanmaq” yox, ölüm gətirə bilər.

Elə bil bu adanın fəlsəfəsi də elə bu günəş-kölgə tərs mütanasibliyindən çıxır - hər şey səssiz, amma yandırıcıdır.

Phuketdə üç gün ərzində anladım ki, “tərs” dediyimiz hər şey bəlkə də başqa mədəniyyətin düzüdür. Bizim ağ-qara cizgilərimizin arasında onlar sadəcə, rəng tapıblar.

Bəzən həyatı anlamaq üçün onu tərsinə çevirmək lazımdır: sükanı da, inancı da, baxışı da. Bəlkə də bu xalq tərsinə deyil - biz çox düz düşünürük...

Qarışıda düşünmək, müşahidə etmək, astarın üzünü tapmaq üçün bir həftəmiz var...


Elçin Zahiroğlu,

Phuket, 05.10.2025


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:41
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 05 Noyabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see238

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see236

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see229

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see197

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see190

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see183

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see171

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see168

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see168

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see165

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see162

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see162

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see161

m10 və bir sıra ödəniş sistemlərində PROBLEM YARANDI

04 Fevral 2026 11:01see157

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see157

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see155

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see154

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see151

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see151

Paytaxtın hansı küçələrində sıxlıq var?

04 Fevral 2026 18:40see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri