Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Tərtər işgəncələrində ittiham olunanlardan bir neçəsinin cəzası azaldıldı

Tərtər işgəncələrində ittiham olunanlardan bir neçəsinin cəzası azaldıldı

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hökm qalan hissədə dəyişməyib

Tərtərdə hərbçilərə qarşı kütləvi işgəncələrdə, 10 nəfərdən çox adamın ölümündə təqsirləndirilən şəxslərdən 4 nəfərin cəzası azaldılıb. Noyabrın 4-də Bakı Apelyasiya Məhkəməsində Habil Məmmədovun sədrliyilə, Məmməd Məmmədov və Elbəy Allahverdiyevdən ibarət hakimlər kollegiyası buna qərar verib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Tərtərdəki N saylı hərbi hissədə Xüsusi Təyinatlı Bölüyün xüsusi təyinatlı qrupunun komandiri olmüş leytenant Ruslan Mikayılov 6 il 10 ay, onunla birlikdə mühakimə olunan gizirlərdən Cabir Qəhrəmanov 6 il 8 ay, Elçin Əliyev 5 il 8 ay, Sənan Maşıyev isə 4 il 10 ay azadlıqdan məhrum edilmişdi.

Apelyasiya məhkəməsinin qərarına əsasən, adları çəkilən şəxslərin hər birinin cəzası 3 ay azaldılıb.
Hökm qalan hissədə dəyişməyib.

Bakı Apelyasiya Məhkəməsi. Foto: “e-huquq.az”

Onlar Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan ölümə səbəb olduqda), 145 (qanunsuz azadlıqdan məhrum etmə), 293 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341 (vəzifə səlahiyyətlərini aşma) və s. maddələrilə təqsirləndirilir.
Təqsirləndirilən şəxslər onlara qarşı irəli sürülmüş ittihamları qəbul etmir. Onlar özlərini təqsirli bilmirlər. Onlar məhkəmədə dindirilərkən işgəncələrdə iştiraklarını etiraf ediblər.

Lakin sadəcə, icraçı olduqlarını, yüksək vəzifəli şəxslərin, generalların əmrlərini yerinə yetirdiklərini vurğulayıblar. Etiraz ediblər ki, əmr verənlər kənarda qalıb, cəmiyyətin “gözündən pərdə asmaq”, zərərçəkmişləri sakitləşdirmək üçün onları həbs ediblər.

Təqsirləndirilən şəxslər, onların vəkilləri, eləcə də zərərçəkmişlər bu işin istintaqından narazılıqlarını dəfələrlə dilə gətiriblər. Məhkəmədə bir neçə dəfə vəsatət qaldırıblar ki, müdafiə naziri Zakir Həsənov, o vaxtkı Baş Qərargah rəisi Nəcməddin Sadıxovdan tutmuş, hərbi prokuror Xanlar Vəliyev, korpus komandiri Hikmət Həsənova qədər hamısı dindirilsin. Lakin hakimlər hər dəfə bu vəsatətləri rədd edib.

Nəcməddin Sadıqov, Zakir Həsənov və Hikmət Həsənov. Foto-kollaj: Meydan TV

“Cinayət işinin materiallarından belə anlaşılır ki, sanki adi gizirlər hərbi prokuror Xanlar Vəliyevə, onun müstəntiqlərinə, Hərbi Dəniz Qüvvələrinin rəhbərinə, korpus komandirinə və digər vəzifəli şəxslərə əmr verib, onları Tərtərə gətirdiblər. Məsələn, zərərçəkən Mehman Hüseynov (işgəncələr zamanı ölənlərdən biri-red.) haqqında dövlətə xəyanət ittihamıyla 3 may 2017-ci ildə cinayət işi başlanmasını, bu barədə ictimaiyyətə məlumat verilməsini o vaxtkı Baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova da gizir Elçin Əliyev göstəriş vermişdi?”, – Elçin Əliyevin vəkili Türkel Süleymanlı məhkəmədə bildirib.

Zakir Qaralov və Xanlar Vəliyev. Foto-kollaj: Meydan TV

Zərərçəkmişlər Bakı Apelyasiya Məhkəməsinin qərarından narazı qalıblar. Onlar hesab edir ki, onsuz da Bakı Hərbi Məhkəməsi yüngül cəza vermişdi, apelyasiya məhkəməsi daha da yüngülləşdirdi.

Zərərçəkmişlər Ali Məhkəməyə kassasiya şikayəti vermək niyyətindədir:

“Məhkəmə məhkəmə olsaydı, heç nə yox, Hikmət Həsənovu çağırıb, şahid kimi də olsa, dindirməyə cəsarəti çatardı. Bunu eləyə bilmirsə, hansı məhkəmədən danışırıq?”.

Ruslan Mikayılov, Cabir Qəhrəmanov, Sənan Maşıyev və Elçin Əliyev bundan əvvəl də Tərtər işgəncələrinə görə həbs olunub. Lakin məhkəmə onlara münasibətdə Cinayət Məcəlləsinin 62-ci (qanunda nəzərdə tutulmuş cəzanın minimum həddindən daha aşağı cəza təyin olunması) maddəsini tətbiq edib. Tərtər Hərbi Məhkəməsinin hökmüylə onlara 5 il 6 ay – 6 il həbs cəzası verilib. Bu cəzanın yarısını çəkib, azadlığa buraxılıblar.

2020-ci ildə 44 günlük müharibədə iştirakdan sonra isə Prezident İlham Əliyevin sərəncamlarıyla Ruslan Mikayılov, Sənan Maşıyev və digərləri orden və medallarla mükafatlandırılıblar.

Tərtər hadisələri ilə əlaqədar cinayət işi üzrə icraat 2021-ci ilin dekabrında təzələnəndən sonra yeni üzə çıxan hallara görə onlar 2022-ci ilin aprelində bir daha cinayət məsuliyyətinə cəlb olunublar.

İcraat təzələnəndən sonra Tərtər hadisələrinə görə cinayət məsuliyyətinə cəlb olunanların işi 3 ayrı qrup şəklində məhkəməyə göndərilib. Bu qrupların ikisində 4 nəfər, üçüncüsündə isə 5 nəfər təqsirləndirilən şəxs var.

4 nəfərlik birinci qrupda Tərtərdə hərbi hissənin rəhbəri olmuş polkovnik Vüsal Ələsgərov, hərbi hissənin qərargah rəisi olmuş polkovnik-leytenant Rəşid Niftəliyev, eləcə də müddətdən artıq xidmət etmiş iki kəşfiyyatçı – Ramil Qarayevlə Rüstəm Ələsgərov mühakimə olunurdu. Onların məhkəməsi 7 ay əvvəl yekunlaşıb. Hökmə əsasən, Vüsal Ələsgərov, Rəşid Niftəliyev və Ramil Qarayevin hər biri 5 il 6 ay azadlıqdan məhrum edilib. Digər hərbi qulluqçu Rüstəm Ələsgərova isə 9 il 6 ay cəza verilib.

Onlar bu hökmdən apelyasiya şikayəti verib. Şikayətlərinə iyunun 5-də Bakı Apelyasiya Məhkəməsində baxılacaq.
5 nəfərlik daha bir qrupun məhkəməsi isə oktyabrın 31-də yekunlaşıb. Bu qrupda Fuad Ağayev, Qurban Cümşüdov, Cavid Ağadadaşov, Ramil Əhmədov və Fuad Axundov mühakimə olunur.

Fuad Ağayev, Qurban Cümşüdov və Cavid Ağadadaşov bundan əvvəl də Tərtərdəki işgəncələrə görə bir dəfə cəzalandırılıb. Fuad Ağayev 10 il, digər ikisi isə 6 il azadlıqdan məhrum edilmişdi. Lakin Baş Prokurorluqda 2021-ci ilin dekabrında Tərtər işi üzrə icraat təzələnəndən sonra onlarla bağlı yenidən iş başlayıb və əlavə ittihamlar irəli sürülüb. Fuad Ağayevin cəzası daha 3 il artırılıb.

Bu 5 təqsirləndirilən şəxs arasında ən çox adı hallanan Fuad Ağayev idi. Bu da təsadüf deyil. Çünki Fuad Ağayev həmin hadisələrə rəhbərlik etməkdə ittiham olunan general-mayor, o dövrdə I Ordu korpusunun komandiri Hikmət Həsənovun köməkçisi olub. Fuad Ağayevin özü də Tərtər hadisələri baş verərkən korpusun hüquqşünası vəzifəsində çalışıb./anaxeber.info/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:308
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 05 Noyabr 2024 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see294

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see283

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see274

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see271

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see248

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see245

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see236

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see232

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see227

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see224

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see224

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see215

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see206

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see201

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see200

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see182

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see180

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see179

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see177

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri