Tərtərdə 4 nəfər kanalda batdı
Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
Tərtər rayonunun Cəmilli kəndi ərazisində faciəvi hadisə baş verib.
Gununsesi.info xəbər verir ki, Suqovuşandan çəkilən yeni beton kanala Bərdə rayon sakinləri olan 4 nəfər çimmək məqsədi ilə daxil olub. Kanalda suyun güclü axını səbəbindən onların hamısı suyun axınına qapılıb.
Yerli sakinlər hadisə zamanı bir nəfəri sudan çıxararaq Tərtər rayon xəstəxanasına çatdırıblar. Onun vəziyyəti barədə hələlik məlumat verilməyib.
İlkin məlumata görə, daha bir nəfərin meyiti kanal vasitəsilə axaraq rayonun Dəmirçi kəndi istiqamətinə keçib. Digər iki nəfərin taleyindən isə hələ xəbər yoxdur.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər cəlb olunub, axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Baxış sayı:37
Bu xəbər 03 Avqust 2025 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















