Icma.az
close
up
RU
Təsərrüfatlara ciddi ziyan vuran TƏHLÜKƏ Qusarda 800 feromon tələ quraşdırılıb

Təsərrüfatlara ciddi ziyan vuran TƏHLÜKƏ Qusarda 800 feromon tələ quraşdırılıb

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qusar rayonunda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri davam etdirilir
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qusar rayonunda kənd təsərrüfatı məhsullarına ciddi ziyan vuran qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri çərçivəsində profilaktik işlər davam etdirilir. Qəhvəyi mərmər bağacığı təsərrüfatlara ciddi ziyan vuran zərərverici olmaqla ölkəmizin şimal-qərb və qərb rayonlarının bəzi kəndlərində yayılıb. 300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli şəkildə aşağı salan zərərvericiyə qarşı ilboyu mübarizə tədbirləri aparılıb.
 

Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ölkədə qəhvəyi mərmər bağacığının aşkarlanması ilə əlaqədar təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, həmin zərərvericinin Respublikanın digər ərazilərinə yayılmasının qarşısının alınması, mövcud yayılma ocaqlarının məhv edilməsi və fitosanitar sabitliyin təmin edilməsi məqsədilə 30 dekabr 2022-ci il tarixli sərəncam imzalanmış və həmin sərəncamla "Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsinə dair Tədbirlər Planı" təsdiq edilib.


Bu istiqamətdə tədbirlərin həyata keçirilməsi məqsədilə Qusar Rayon İcra Hakimiyyətinin 23 iyun 2025-ci il tarixli 56 saylı sərəncamı ilə tabeliyində yaradılmış ixtisaslaşmış mobil bitki mühafizəsi dəstəsi və işçi qrupları bağacığın yayıldığı ərazilərdə, sirayətlənmə ocaqlarında, eləcə də qışlama yerlərində, dezinfeksiya, bioloji və kimyəvi mübarizə tədbirlərini həyata keçirib.
Yerlərdə sakinlərlə bu zərərvericinin yayılmasının qarşısının alınması, mübarizə üsulları, bioloji xüsusiyyətləri ilə bağlı məlumat və maarifləndirici xarakterli görüşlər keçirilib.
Oktyabrın 8-də Qusar Rayon İcra Hakimiyyətində mobil bitki mühafizəsi dəstəsinin üzvlərinin iştirakı ilə qeyd olunan məsələ ilə bağlı müşavirə keçirilib. Müşavirədə Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri də onlayn şəkildə iştirak edib.
 

Müşavirədə zərərvericinin yayılmasının qarşısının alınması, vaxtında aşkarlanması və kənd təsərrüfatı məhsullarına vurduğu ziyanın minimuma endirilməsi yolları müzakirə edilib. Qeyd edilib ki, qəhvəyi mərmər bağacığı xüsusilə meyvə və tərəvəz bitkilərinə ciddi ziyan vurur və onun vaxtında aşkarlanıb zərərsizləşdirilməsi məhsuldarlığın qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.


Bildirilib ki, zərərvericinin yayılmasının qarşısını almaq və vaxtında aşkarlanmasını təmin etmək məqsədilə rayonun 40-dan yuxarı kəndində 800 ədəd feromon tələ quraşdırılıb. Tələlərin yerləşdirildiyi kəndlərdə rayonun Bitki Mühafizəsi və Fumiqasiya xidmətinin əməkdaşları tərəfindən yerli əhali ilə maarifləndirici görüşlər keçirilib. Sakinlərə zərərvericinin yaratdığı təhlükələr, aşkar edildiyi halda görülməli tədbirlər barədə ətraflı məlumat verilib, buklet və maarifləndirici materiallar paylanılıb. Rayon ərazisində monitorinq və maarifləndirmə tədbirləri mütəmadi olaraq davam etdiriləcək.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Oktyabr 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri