Icma.az
close
up
RU
Təşkilatın əsas məqsədi regional əməkdaşlıq və iqtisadi əlaqələrin inkişafı idi POLİTOLOQ ŞƏRH ETDİ

Təşkilatın əsas məqsədi regional əməkdaşlıq və iqtisadi əlaqələrin inkişafı idi POLİTOLOQ ŞƏRH ETDİ

Sia Az saytına istinadən Icma.az xəbər verir.

"Türk Dövlətləri Təşkilatı 3 oktyabr 2009-cu ildə Naxçıvanda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan tərəfindən yaradılıb. Sonradan bu təşkilata Özbəkistan da tamhüquqlu üzv kimi qoşulub. Türkmənistan, Macarıstan və Şimali Kipr isə müşahidəçi üzvlər kimi tədbirlərdə iştirak edirlər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, əvvəlcə təşkilatın əsas məqsədi regional əməkdaşlıq və iqtisadi əlaqələrin inkişafı idi, lakin zaman keçdikcə bu təşkilat strateji əhəmiyyət kəsb etməyə başlayıb: "Bildiyimiz kimi, bu gün dünyada yeni nizam qurulur, böyük güclər arasında münaqişələr baş verir və bu proseslər nəticəsində dünya yeni bir formatda formalaşmağa başlayır. Bu proseslərdə Türk Dövlətləri Təşkilatının da öz layiqli yeri olacaq. Çünki bu birliyə daxil olan ölkələrin böyük əhalisi var (200 milyona yaxın) və geniş ərazilərə malikdirlər. Eyni zamanda, bu ölkələr təbii sərvətlərlə zəngindirlər - 26-dan çox yerüstü sərvətlərə sahibdirlər.

Azərbaycan Prezidenti də 2024-cü il prezident seçkilərindən sonra andiçmə mərasimində "Bizim bir ailəmiz var, Türk ailəsi" deməklə bu istiqamətin strateji olduğunu bəyan etmişdi. Prezidentin Orta Asiya ölkələrinə - Qazaxıstana, Özbəkistana, Qırğızıstana və Türkmənistana etdiyi səfərlər, mühüm sənədlərin imzalanması və eyni zamanda Türkiyə ilə əlaqələrin daha da güclənməsi Türk Dövlətləri Təşkilatını beynəlxalq arenada güclü aktora çevirir. Qəbələdə keçirilən bu 12-ci Zirvə Görüşündə liderlərin yeni bəyannaməsi gözlənilir. Ehtimal olunur ki, burada təkcə iqtisadi yox, həm də strateji və hərbi tərəfdaşlıqla bağlı sənədlər qəbul ediləcək. Çünki dünyada gedən münaqişələr göstərir ki, Türk dövlətləri bir-birinə dəstək verməli, ərazi bütövlüyünü və təhlükəsizliyini birgə təmin etməlidirlər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Oktyabr 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see174

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see144

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see142

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see130

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see128

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see125

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri