Icma.az
close
up
RU
Tesla nın Robotaxi şoku: Əmtəə nişanının qeydiyyatı ərizəsi rədd edildi

Tesla nın Robotaxi şoku: Əmtəə nişanının qeydiyyatı ərizəsi rədd edildi

Icma.az, Avtosfer saytına istinadən bildirir.

ABŞ Patent və Marka İdarəsi "Tesla"nın avtonom xidmətinə verdiyi "Robotaxi" adının sektorda geniş şəkildə istifadə olunduğunu əsas gətirərək şirkətin əmtəə nişanı müraciətini rədd edib.
Avtosfer.az xəbər verir ki, "TechCrunch" nəşrinin əldə etdiyi rəsmi sənədlərə əsasən, ABŞ Patent və Marka İdarəsi (USPTO) "Tesla"nın "Robotaxi"nin ticarət markası kimi qeydiyyatdan keçirmə cəhdini qəbul etməyib. Rəsmi açıqlamaya görə, "Robotaxi" ifadəsi ümumi xarakter daşıyır və sektorda bir çox şirkət tərəfindən artıq istifadə olunur.
Bu qərar, "Tesla"nın markalaşma strategiyası baxımından əhəmiyyətli bir maneə hesab olunur. USPTO-nun əsas arqumentlərindən biri, "Robotaxi" sözünün sadəcə izahlı və funksional bir anlayış olmasıdır. Qurum, bu terminlə avtonom idarə olunan ticarət nəqliyyat vasitələrinin uzun müddətdir tanıdıldığını və bu baxımdan konkret bir markanı ifadə edəcək ayırdediciliyə malik olmadığını bildirib.
"Waymo" və "Amazon"un törəmə şirkəti olan "Zoox" kimi rəqib şirkətlərin də bu ifadədən istifadə etməsi, "Tesla"nın bu termini öz adına rəsmiləşdirməsini daha da çətinləşdirir. USPTO-ya görə, bu vəziyyət "Tesla"nın "Robotaxi" üzərində müstəsna hüquq tələb etməsini əsassız edir.
Rədd edilən müraciətə "quru nəqliyyat vasitələri; elektrikli nəqliyyat vasitələri; avtomobillər və onların konstruktiv hissələri" kimi geniş məhsul kateqoriyaları daxildir. Lakin görünür ki, "Tesla" yalnız "Robotaxi" üçün deyil, bu xidmətlə bağlı digər adlarla da oxşar çətinliklərlə üzləşməkdədir.
"TechCrunch"ın məlumatına görə, şirkət "Robobus" kimi alternativ adlar üçün də müraciətlər edib. Lakin bu müraciətlərin nəticələri hələlik qeyri-müəyyən olaraq qalır. Digər tərəfdən, "Tesla"nın avtonom robotaksi xidmətində istifadə ediləcək nəqliyyat vasitəsinə verdiyi "Cybercab" adının da markalaşdırma prosesi problemsiz irəliləmir.
"Tesla" 2024-cü ilin oktyabrında keçirilən və "We, Robot" adlandırılan tədbirdə robotaksi layihəsinin ümumi konturlarını ictimaiyyətlə bölüşüb. Tədbirin mərkəzində sükan və pedal kimi idarəetmə elementləri olmayan, tam avtonom elektrikli nəqliyyat vasitəsi "Cybercab" yer alıb. Bu nəqliyyat vasitəsinin səyahətlər arasında endüktif şarj texnologiyası vasitəsilə enerji yığacağı bildirilib. Sözügedən sistem, naqilsiz enerji ötürülməsi sayəsində avtomobilin fiziki bağlantıya ehtiyac duymadan şarj olunmasına imkan yaradır.
Həmin tədbirdə çoxsərnişin daşınması üçün nəzərdə tutulmuş "Robobus" konsepti də təqdim olunub. Bundan əlavə, "Tesla"nın insana bənzər robot layihəsi olan "Optimus" ilə bağlı yeni görüntülər də paylaşılıb. Bu inkişaflar, "Tesla"nın yalnız avtomobil istehsalı ilə kifayətlənməyib, həmçinin avtonom nəqliyyat sistemləri və robot texnologiyaları sahəsində də geniş vizyon yaratmağa çalışdığını göstərir.
"Tesla"nın "Robotaxi" adını ticarət markası kimi rəsmiləşdirmə cəhdi hələlik uğursuz görünür. USPTO-nun bu qərarı, şirkəti marketinq strategiyalarını və xidmət adlandırmalarını yenidən nəzərdən keçirməyə vadar edə bilər. Bu proses, texnologiya şirkətlərinin ümumi anlayışlarla markalaşmaq istəyində qarşılaşdığı hüquqi məhdudiyyətləri də üzə çıxarır.
Hazırda diqqətlər, "Tesla"nın bu qərara necə reaksiya verəcəyinə və "Cybercab" və ya "Robobus" kimi alternativ adların ticarət markası statusu əldə edib-etməyəcəyinə yönəlib. Aydın olan odur ki, avtonom nəqliyyat texnologiyaları yalnız mühəndislik baxımından deyil, həm də ad hüquqları və marka idarəçiliyi sahəsində ciddi rəqabət meydanı yaradır(Qaynarinfo).

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 12 May 2025 00:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri