“Tesla” robot taksi sifarişi üçün tətbiqə girişi açıb
Icma.az, Avtosfer saytına istinadən bildirir.
“Tesla” kompaniyası “Robotaxi” sifarişi üçün istifadə olunacaq tətbiqi geniş istifadəçilərə təqdim edib.
Avtosfer.az xəbər verir ki, ABŞ-ın elektrik avtomobilləri istehsalçısı bu barədə özünün sosial media hesabında məlumat yayıb.
Kompaniya “Robotaxi” xidmətini iyunun sonunda Texas ştatının Ostin şəhərində işə salıb. Xidmət həmin dövrdən bəri yalnız məhdud sayda investorlar və influenserlər üçün əlçatan olub. Hazırda “Robotaxi” proqramı kameralar və sensorlarla təchiz edilən adi “Model Y” avtomobillərindən istifadə edir. Tamamilə avtonom “Cybercab” adlı elektrik avtomobili isə hələ hazırlanma mərhələsindədir.
“Tesla” kompaniyasından verilən məlumata görə, “Robotaxi” xidmətindən yalnız 18 yaşdan yuxarı şəxslər istifadə edə biləcəklər. Həmçinin avtomobillərə 13 yaşdan kiçik uşaqların, hətta böyüklərin müşayiəti ilə olsa belə minməsinə icazə verilməyəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 04 Sentyabr 2025 23:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















