“Tesla” fabrikində robot işçini vurdu
Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
“Tesla”nın Kaliforniya ştatındakı Frimont zavodunun texniki işçisi sənaye robotunun onu yıxaraq ağır xəsarət almasından sonra 51 milyon dollarlıq iddia qaldırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.
“O iddia edir ki, idarə olunmayan robot qəflətən onu vurub, nəticədə 50 yaşlı işçi ağır xəsarətlər və astronomik tibbi ödənişlərlə üz-üzə qalıb”, - nəşr qeyd edib.
Şikayətçi Piter Hinterdoblerin dediyinə görə, robot qolu ona əhəmiyyətli qüvvə ilə vurub, onun yerə yıxılmasına və huşunu itirməsinə, həmçinin digər xəsarətlər almasına səbəb olub.
Qeyd edilib ki, hadisə 22 iyul 2023-cü ildə baş verib və o, hələ də ödənilməli olan 6 milyon dollardan 1 milyon ödəyə bilib.
Baxış sayı:43
Bu xəbər 24 Sentyabr 2025 23:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















