“Tesla”nın Çindəki enerji saxlanc qurğusu zavodu istehsala başlayıb
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
ABŞ-ın elektrikli avtomobil və akkumulyator istehsalçısı “Tesla”nın Çində qurduğu enerji saxlanc qurğusu zavodu istehsala başlayıb.
Avtosfer.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Şanxay şəhərində qurulan zavod bu gün səhər saatlarında təşkil edilən mərasimlə fəaliyyətə başlayıb.
4 meqavat-saat elektrik enerjisi saxlaya bilən “Megapack” adlı litium-ion batareya blokları istehsal edəcək zavod ildə 10 min ədəd ilə 40 giqavat-saat ümumi enerji saxlamağı hədəfləyir. Bildirilib ki, 200 min kvadratmetr sahədə qurulan zavodun tikintisi 8 aya başa çatıb və müəssisəyə ümumi 1,45 milyard yuan (202 milyon dollar) investisiya qoyulub.
Hazırda “Tesla”nın ABŞ-ın Kaliforniya ştatının Latrop şəhərində ildə 10 min “Megapack” istehsal etmək gücünə malik meqa zavodu var. Şirkət, həmçinin Şanxayda ildə 1 milyon elektrik avtomobili istehsal edə bilən “giqa fabriki”ni 450 min əlavə istehsal həcmi ilə genişləndirməyi planlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 13 Fevral 2025 22:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















