Icma.az
close
up
RU
Tətikdə Fərda Qədirovun barmağı olsa da, plan düşmənin idi

Tətikdə Fərda Qədirovun barmağı olsa da, plan düşmənin idi

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“ADNA faciəsi”ndən 16 il ötür

Azərbaycanın son otuz ildə qazandığı çoxsaylı uğurların təməlində ulu öndər Heydər Əliyevin iradəsi, Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi və xalqımızın öz dövlətçilik ənənələrinə sədaqəti dayanır. Bu qeydlərimizdə biz uğur və nailiyyətlərimizi sadalamaq istəmirik. Ancaq onu xatırlatmaq vacibdir ki, buraya qədər gəldiyimiz yol heç də hamar, fəaliyyətimiz o qədər də asan olmamışdır.

Biz dəfələrlə xalqın xilaskarı, ulu öndər Heydər Əliyevin həyatına sui-qəsd cəhdi edildiyinin də şahidiyik, dövlət çevrilişinə cəhdlərin də. Heydər Əliyevin Ukrayna prezidenti ilə birlikdə getdiyi yolda körpünün altına mina qoyulması da danılmaz faktdır, ölkədəki multikulturallıq və tolerantlığın altına yerləşdirilmiş səssiz bombanın təhlükəsizləşdirilməsi də. Mən əsrlərdən bəri azərbaycanlılarla bir ailənin üzvləri kimi yaşamış talışların və ləzgilərin aldadılaraq əyri yola çəkilməsi cədlərini nəzərdə tuturam. Yaxşı ki, onlar xaricdə planlaşdırılmış həmin məkrli planlara uymadılar.

Yaxud bədxahlarımızın ölkədə xaos və anarxiya yaratmaq məqsədilə MTN-in həbsxanasından məhbusları qaçırması, Azərbaycan Mətbuat İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini, “Azərnəşr” və “Yazıçı” nəşriyyatının direktoru işləmiş Əjdər Xanbabayevin, 1989–1992-ci illərdə Naxçıvan Muxtar Respublikası Nazirlər Sovetinin sədri, Azərbaycan Ali Soveti Sədrinin müavini, Azərbaycan Respublikası Prezidentinin müşaviri vəzifələrində çalışmış Afiyəddin Cəlilovun, Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimovun həyatına qəsd edilməsi bizi bugünkü fərəhli və qürurlu günümüzə gətirən yolların məhrumiyyətlərindən xəbər verir.

Xüsusən, 1995-ci ilin mart hadisələri müstəqillik dövründə tariximizə yazılan ən acı və qorxunc səhifələrdən idi. Çünki o vaxt müstəqilliyimizin möhkəmləndiyini görüb qorxan xarici düşmənlərimiz son və qəti hücuma keçmişdilər. Bunun üçün yerli əlaltılar da tapılmışdı. Uzun müddət benzin, narkotik maddələr, silah alveri və qaçaqmalçılıqla məşğul olan, zaman-zaman ayrı-ayrı vəzifə sahiblərindən dəstək və səlahiyyət alan bədnam OMON qüvvələri müstəqilliyimizə qənim kəsilənlər üçün də cəlbedici tərəfdaşlar idi…

Elə 2009-cu il aprelin 30-da Prezident İlham Əliyevi sədaqətlə dəstəkləyən ölkə gəncliyinin gözünü qorxutmaq istəyənlər də yerli əlaltılardan istifadə etmişdilər. Bədxahlarımız düşünürdülər ki, bizə – balalarımıza güllə atan şəxsin öz millətimizdən, canımızdan – qanımızdan olması Azərbaycan gəncliyinin əzmini qıra, qətiyyətini əlindən ala bilərdi. Ancaq belə olmadı...

Həmin faciə haqqında yayılan rəsmi məlumat belə idi ki, 12 nəfərin öldüyü, 13 nəfərin isə yaralandığı kütləvi qətllə nəticələnən faciə 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının (indi Neft və Sənayə Universiteti – red.) Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusunda baş verib. Ali məktəbin binasına daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə “Makarov” tipli tapançadan atəş açıb. Nəticədə 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Hadisəni törədən şəxs binanın sonuncu mərtəbəsində əlindəki silahla özünü vuraraq intihar edib.

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşlarından ibarət əməliyyat istintaq qrupunun həyata keçirdiyi tədbirlər nəticəsində F.Qədirovla əlaqəli şəxslərin bir çoxu cinayət məsuliyyətinə cəlb olunmuşdu. Kütləvi qətlin sifarişçisinin erməniəsilli Gürcüstan vətəndaşı Mardun Qumaşyan olduğu müəyyənləşdirilmişdi.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu il aprelin 30-da keçmiş Dövlət Neft Akademiyasında baş vermiş faciəli hadisə nəticəsində həlak olanların ailələrinə və ağır xəsarət alanlara maddi yardım ayrılması haqqında sərəncam imzaladı. Sərəncama əsasən, dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan həlak olanların ailələrinə 30 min manat, ağır xəsarət alanlara isə 15 min manat birdəfəlik maddi yardım ayrıldı.

Həmin qanlı faciədən dərhal sonra Azərbaycan Prezidentinə və xalqımıza dərin hüznlə başsağlığı verən dünya siyasətçilərinin önündə Türkiyə Cümhuriyyətinin o zamankı Prezidenti Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğanın adını görmüşdük.

Mən bu faktı yada salarkən “yayılan rəsmi məlumat” ifadəsini təsadüfən xatırlatmadım. Çünki dövlət qurumları ancaq əldə olan faktları, hadisənin nəticələrini deyirlər. Ancaq ekspertlər quru faktlardan başqa özünəməxsus arqumentlər də səsləndirirlər. Məsələn, ziyalı soydaşlarımızdan biri deyir ki, həmin faciənin törədilməsi üçün ADNA-nın seçilməsi təsadüfi deyildi. Çünki orada çoxlu əcnəbi tələbə oxuyub və indi də təhsil alır. Odur ki, ssenari müəllifləri bu faciəni törətməklə Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuna ciddi zərbə vurmaq məqsədi güdürdülər. Nail ola bilmədilər.

Fəxrlə xatırlada bilərik ki, bu gün Azərbaycan regionun ən güclü dövləti, dünyanın isə nüfuzlu aktorlarından biridir. Şükürlər olsun ki, keçdiyimiz yolda bizə badalaq gəlmək istəyənlərin hamısına layiq olduqları yeri göstərmişik. Bundan sonra da belə olacaq.

İttifaq MİRZƏBƏYLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 May 2025 09:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri