Təxliyə olunan xarici vətəndaş: Azərbaycan gözəldir, daha çox qalmaq istəyərdim
Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Astara" dövlət sərhədindən buraxılış məntəqəsində bir qrup xarici vətəndaşın təxliyəsi uğurla həyata keçirilib.
BAKU.WS xəbər verir ki, Böyük Britaniya, Avstraliya və digər ölkələrin vətəndaşları beynəlxalq humanitar prosedurlara uyğun şəkildə təxliyə olunub.
Onlar müvafiq sənəd yoxlamasından keçdikdən sonra Azərbaycan ərazisinə daxil olublar.
Təxliyə olunan şəxslər Azərbaycan tərəfinin göstərdiyi dəstəyə görə minnətdarlıqlarını bildiriblər.
"Bir ay əvvəl ailəmi ziyarət etmək üçün İrana getmişdim. Sərhədi keçmək prosesi rahat və tez oldu. Bizə çox kömək etdilər, sevgi göstərdilər. Azərbaycan gözəldir. Daha çox qalmaq istəyərdim, amma təəssüf ki, sabah buranı tərk edirik", − təxliyə olunan Avstraliya vətəndaşı söyləyib.
Ətraflı BAKU.TV-nin süjetində:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 27 İyun 2025 21:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















