Texniki humanitar liseydə yeni tədris ilinə həsr olunmuş tədbir keçirilib
Icma.az, 525.az portalına istinadən məlumat verir.
Bakı şəhəri Texniki-humanitar liseydə ilk dərs gününə həsr olunmuş tədbir keçirilib.
525.az xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Liseyin direktoru Kəmalə Mirzoyeva şagirdlərə yeni tədris ilində uğurlar arzulayıb. Direktor liseyə 525 şagirdin qəbul olduğunu diqqətə çatdırıb. O, ötən tədris ilində təhsil müəssisəsinin qazandığı uğurlardan söz açıb, yeni dərs ilində qarşıya qoyulan məqsədlərdən bəhs edib.
Tədbirdə çıxış edənlər Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu, ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında təhsil sahəsində önəmli islahatlar həyata keçirildiyini qeyd ediblər.
Mərasim şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 15 Sentyabr 2025 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















