Texniki Komissiyanın ilk iclası keçirildi
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Sosial Təminat Siyasətinin Təhlili və Araşdırılması üzrə Texniki Komissiyasının yeni sədri kimi fəaliyyətə başlayıb.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Fərid Məmmədovun sədrliyi ilə Texniki Komissiyanın ilk iclası olub.
Onlayn formatda keçirilən iclasda Komissiyanın əvvəlki dövr üzrə fəaliyyəti müzakirə olunub, növbəti illər üçün iş planı təqdim edilib.
Müzakirələr çərçivəsində sosial təminat sistemlərinin müasirləşdirilməsi istiqamətində bir sıra əsas istiqamətlər müəyyənləşdirilib. Bu istiqamətlərə sosial təminat sistemlərində innovasiya, həyat dövrü yanaşmasının tətbiqi, tədqiqat potensialının gücləndirilməsi, eləcə də ölkələr arasında təcrübə mübadiləsinin genişləndirilməsi daxildir.
Fərid Məmmədovun Komissiyaya sədrliyi dövründə sosial siyasət sahəsində analitik imkanların artırılması əsas hədəflərdən biri olacaq. Bununla yanaşı, süni intellekt əsaslı alətlərin tətbiqi və sosial göstəricilər üzrə müqayisəli təhlil mexanizmlərinin hazırlanması da nəzərdə tutulur.
Xatırladaq ki, BSTA-nın Malayziyada keçirilən Dünya Sosial Təminat Forumunda Assosiasiyanın Prezidenti Məhəmməd Azmanın təqdimatı ilə Fərid Məmmədov BSTA-nın Sosial Təminat Siyasətinin Təhlili və Araşdırılması üzrə Texniki Komissiyasının 2026-2028-ci illər üçün sədri seçilib.
Bu hadisə Azərbaycanın qlobal sosial siyasətin formalaşmasında artan rolunun, eləcə də ölkəmizin DOST modelinin, əldə etdiyi sosial nailiyyətlərin beynəlxalq miqyasda yüksək qiymətləndirilməsinin daha bir göstəricisidir.
Gülər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 26 Fevral 2026 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















