TacikistanAzərbaycan Hökumətlərarası Komissiyanın 7ci iclası keçirildi FOTO
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
Tacikistan Respublikasının Düşənbə şəhərində Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib.
"Unikal" xəbər verir ki, iclasda Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Tacikistan Respublikasının iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda çıxış ediblər.
Daha sonra Azərbaycanın iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev, mədəniyyət nazirinin müavini Səadət Yusifova, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə nitq söyləyiblər.
İclas protokolunun imzalanmasından sonra Azərbaycan nümayəndə heyəti ilə Tacikistanın Baş naziri Kohir Rəsulzoda, xarici işlər naziri Sirojiddin Muhriddin və Tacikistan Hökuməti yanında Ətraf Mühitin Mühafizəsi Komitəsinin sədri Bahodur Sheralizoda arasında görüşlər keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 19 Dekabr 2024 10:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















