Icma.az
close
up
RU
Çin nadir torpaq metalları ilə əlaqəli texnologiyanın ixracına nəzarəti gücləndirir

Çin nadir torpaq metalları ilə əlaqəli texnologiyanın ixracına nəzarəti gücləndirir

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Pekin, 9 oktyabr, AZƏRTAC

Çinin Kommersiya Nazirliyi nadir torpaq metalları ilə əlaqəli texnologiyalara ixrac nəzarəti tədbirləri tətbiq edəcəyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, qərara əsasən nadir torpaq metallarının hasilatı, əridilməsi və emalı, maqnit materiallarının istehsalı, nadir torpaqların təkrar emalı və ikinci dərəcəli mənbələrdən utilizasiyası ilə bağlı texnologiyaların və onların daşıyıcılarının xüsusi icazə olmadan ixracı mümkün olmayacaq. Bundan başqa, nadir torpaq metallarının hasilatı, əridilməsi, emalı, təkrar emalı və utilizasiyası üçün istehsal xətlərinin yığılması, sazlanması, texniki xidməti, təmiri və təkmilləşdirilməsi texnologiyalarının ixracına da nəzarət artırılıb. Çin, həmçinin xarici hüquqi və fiziki şəxslərdən nadir torpaqlarla əlaqəli bəzi əşyaları Çindən hər hansı bir ölkəyə ixrac etməzdən əvvəl ikili istifadəli əşyaların ixracı üçün lisenziya almasını tələb edəcək.

Nazirliyin açıqlamasında deyilir ki, Çin xarici hərbi istifadəçilər üçün, habelə nəzarət və izləmə siyahılarında olan idxalçılar və son istifadəçilər üçün ixrac ərizələrini adətən təsdiqləmir. Bu, beynəlxalq miqyasda qəbul edilmiş təcrübədir.

Bildirilir ki, ixrac nəzarətinin artırılması milli təhlükəsizliyin və maraqların daha effektiv şəkildə qorunması, nüvə silahlarının yayılmaması kimi beynəlxalq öhdəliklərin daha səmərəli yerinə yetirilməsi məqsədi daşıyır. Bununla belə, Çin çoxtərəfli və ikitərəfli ixraca nəzarət dialoqu mexanizmləri vasitəsilə bütün tərəflərlə əlaqə və əməkdaşlığı genişləndirməyə, bununla da uyğun ticarəti asanlaşdırmağa, qlobal sənaye və təchizat zəncirlərinin təhlükəsizliyini və sabitliyini təmin etməyə hazırdır.

Nazirlik müvafiq qaydalara uyğun gələn proqramlar üçün lisenziya verəcəyini, bundan başqa, humanitar yardım məqsədləri üçün ixrac lisenziyalaşdırma tələbindən azad olacaq.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:20
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gürcüstanda etiraz dalğası çevrilişin elementlərini meydana gətirə bilər ŞƏRH

07 Oktyabr 2025 18:20see322

Kişi xoşbəxtliyi bu yaşda pikə çatır Alimlər

07 Oktyabr 2025 18:53see212

Nəticəsiz işə “yenilik” demək ayıbdır... Ekspertdən AYNA ya sərt reaksiya

08 Oktyabr 2025 15:59see203

Bakı yenidən qurulur Söküntü olacaq

08 Oktyabr 2025 00:14see177

Manat əmanəti hansı bankda sərfəli deyil? ADLAR

07 Oktyabr 2025 23:52see165

Azərbaycandan qaça bilmiş separatçı general “FSB“ generalıyla əməkdaşlıq edərək onun Paşinyanın yerinə namizədliyini dəstəkləyəcək... “CivilNet“

07 Oktyabr 2025 18:36see148

Zəngəzur haqda yazılan şeir Ermənistanda ajiotaj yaratdı

07 Oktyabr 2025 15:06see139

Hadise saxlanılmasından danışıb ağladı Həyatımda ilk dəfə dəhşət içində oyandım VİDEO

09 Oktyabr 2025 01:25see138

“36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər” FOTO

08 Oktyabr 2025 01:19see137

Makron pis vəziyyətə düşdü Parlamenti buraxır

08 Oktyabr 2025 06:15see133

Ofelyaya əri bahalı maşın ALDI

08 Oktyabr 2025 18:46see132

Rövşən Kərimduxt qızına toy etdi

07 Oktyabr 2025 15:19see131

Ata olmaq istəyənlərin nəzərinə! Bu vərdişlərdən uzaq durun...

08 Oktyabr 2025 07:07see129

“Kristal Pelas” öz rekordunu yenilədi!

07 Oktyabr 2025 18:23see129

Avtobus sürücüləri AYNA dan şikayətçidir VİDEO

07 Oktyabr 2025 23:50see129

AFFA nın cavabından sonra lazımi addımları atacağıq Quba nın prezidenti

07 Oktyabr 2025 15:08see128

Meloni məhkəməyə verildi

08 Oktyabr 2025 01:14see124

Qəzzada Türkiyənin mövqeyi nəzərə alınmadan sülh mümkün deyil

08 Oktyabr 2025 18:55see123

Ağ, sarı, qırmızı yoxsa yaşıl: Hansı soğan ən faydalıdır?

09 Oktyabr 2025 03:03see120

İsrail və HƏMAS sülh planı ilə bağlı tarixi razılaşma imzaladı

09 Oktyabr 2025 04:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri