Icma.az
close
up
RU
Texnoloji inqilab və yeni maarifçilik

Texnoloji inqilab və yeni maarifçilik

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paradoksal məqamdır: tərəqqinin mey­vələrini dadanlar inkişafın, innovativ tex­nologiyaların insanların gələcək həyatına təhlükə törədəcəyini iddia edirlər. Ameri­kalı dilçi, koqnitiv elm mütəxəssisi Stiven Pinkerin sözləri ilə desək, maarifçilik da­vam edir. Əslində, maarifçilik bitməyən bir prosesdir.

Bu gün biz elə bir texnogen dünya ilə əhatə olun­muşuq ki, yeni təfəkkür və idrak prinsiplərini mənim­səməsək, sanki, dünyadan kənarda qalacağıq. Hibrid insanın dərketmə axtarışları elmdə də bir sıra istiqamət­lərin açılmasına sövq edir ki, bu, artıq təfəkkürdə, id­rakda sonsuz üfüqlərin açılması deməkdir.

Bəli, biz süni intellekt əsrində yaşayırıq. Vaxtilə yeni dövrün Nostradamusu Yuvah Noal Harari bəşə­riyyəti bu xüsusda xəbərdar etmişdi. Çox illər bundan öncə yazırdı ki, insanla rəqabətə girmək gücündə olan Sİ biokimyəvi alqoritmlər vasitəsilə inanılmaz kəşflərə meydan açacaq. Bu yeniliklərə hazır olmanın potensial üstünlüyü o qədər ölçüyəgəlməzdir ki, hər kəs özünü bir kaşif kimi hiss etmək iqtidarında və qüdrətində ola­caq. Bu gün sənət, ədəbiyyat bu qlobal proseslərdən hər mənada geridə qalır. Süni intellekt dövrünün ro­manı yazılmır, yeni zamanın alqoritmlərini özündə əks etdirən interaktiv tamaşalar demək olar ki, yoxdur. Əl­bəttə, istisna hallar da var, amma bu axında sənət sanki təntimiş durumdadır. 

Maykl Baksar “Yaxınlaşan dalğa” əsərində yazır ki, yaxınlaşan dalğa bəşəriyyətin tarixində qarşısı alınma­sı ən çətin, ən fundamental, ən əlçatmaz dalğa olacaq, bu dalğanı və onun kontularını anlamaq XXI əsrdə bizi nəyin gözlədiyini anlamaq baxımından çox kritikdir. Göründüyü kimi, Sİ dalğası insanları çox sürətlə irəliyə doğru atır və əksər hallarda insanlar bu gözlənilməz tə­kanlara hazır olmur və çaşqın vəziyyətə düşürlər. 

Stiven Pinker “Maarifçilik davam edir” kitabını məhz bəşəriyyəti bu çaşqın situasiyadan çıxarmaq üçün yazdı. Müasir dövrün insanı mütləq şəkildə bu elmi-populyar ədəbiyyatdan ən azı xəbərdar olmalıdır. Bu əsərlər müasir insanın yol bələdçisidir. Həmin se­miotik işarələr şəbəkəsinə bələd olmadan biz müasir dünyanın içində, hətta öz vətənimizdə, öz küçəmizdə belə azıb qala bilərik. Öz tədqiqatçılarını gözləyən bu semiotik xəritələr vasitəsilə biz kəşf olunmamış nə qə­dər adalarla qarşılaşa bilərik. 

Kolumb Amerikanı təsadüf nəticəsində kəşf etmə­mişdi. Coğrafi kəşflər bu gün insan zəkasına proyeksi­ya olunur. Açıq və qapalı mətnlərdə toqquşan həqiqət­lər məhz bu xəritələrdə gizlidir. Həyatın gizlinlərini özündə yaşadan bədii mətnlər yazılırmı? Yazılmır.

Süni intellekt öz yaradıcısını üstələyir. Bu prosesin özü gözəl bir elmi-bədii romanın mövzusudur. Bəşəriy­yət sirdən biliyə doğru əsrlərdir ki, yol gedir. Bu yol bitib-tükənmir. Qədim mədəniyyətlərin Yer üzündə qoyub getdiyi silinməz izlər insan zəkasını fasiləsiz olaraq çalışmağa sövq edir. Psixoloji düşüncə tarixinin dinamikası və yeni ideya modelləri hazır sxemlərin çər­çivəsindən kənara çıxaraq hansısa bir hadisənin aşkar­lanmasına səbəb olur. Süni intellektin parametrlərini və hərəkətverici qüvvəsini təkcə alqoritmlərlə məhdudlaş­dırmaq sadəlövhlük olardı. 

Əsrlər boyu insanlar Aristotel məntiqinə biət edib­lər. Təfəkkürümüz dualist məntiqə köklənib. XX əsr­də Lütfi Zadə qeyri-səlis məntiq ilə düşüncədə inqilab etdi, binar ziddiyyətləri kökündən laxlatdı. Sən demə, ağla qara arasında rənglər mövcud imiş, 1 ilə 2 arasın­da sonsuz ədədlər sayrışmaqdadır. Bu kəşf insan dü­şüncəsinin ifadə imkanlarını sonsuza qədər genişlən­dirdi. Hər şey bu sıçrayışdan başladı. “Divar” heç də asanlıqla uçmadı. Lütfi Zadənin nəzəriyyəsinə inamsız yanaşanların sayı kifayət qədər idi. Amma onun elmi düşüncəsi şimşək kimi zamanı yara-yara XXI əsrdə tam qələbə çaldı. Artıq Qeyri-səlis məntiq dünyanın hər yerində fənn olaraq tədris olunur. Süni intellektin rüşeymləri bu postulatlarda gizlənirdi. Lütfi Zadə bunu hamıdan tez gördü və bu da dahilərə xas əlahiddə bir xüsusiyyətdir. 

Biz bu gün idillik sadəliyin qızıl zamanları üçün xiffət hissi keçiririk. Valideynlərimiz uzun qış gecələ­ri soba dibində oturub qalın-qalın romanlar oxuyur­dular. O çağlarda nə vaxtsa dünyada internet deyilən bir nəsnənin bəşəriyyəti şəbəkə kimi bürüyəcəyini bizə (bizdən əvvəlkilərə) desəydilər, o adama dəli kimi baxardılar. “Dünyanın hörümçək toru” Tomas Vulfun düşüncəsindəki nəsillər arasında bağ idi. Müasir dünya­nın hörümçək toru isə internet şəbəkəsidir ki, bu dövrü yazmaq üçün Tomas Vulfu tapmağa ehtiyac yoxdur. Yeni zamanın Vulfu yetişməli və bu əsəri yazmalıdır.

Kənan HACI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Noyabr 2026 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see319

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see305

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see280

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see277

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see274

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see261

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see252

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see240

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see234

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see233

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see233

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see230

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see229

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see227

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see212

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see212

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see209

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see209

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see203

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri