Teylor Sviftin toyundan qalan tullantılar satıldı Fotolar
Icma.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.
Amerikalı rəssam Castin Jinyak pop-ulduz Teylor Svift və idmançı Trevis Kelsinin Nyu-Yorkda baş tutan toy mərasimindən sonra maraqlı bir biznes layihəsinə imza atıb.
Axşam.az xəbər verir ki, o, tədbirin keçirildiyi "Madison Square Garden" arenasının ətrafındakı küçələrdən toplanmış məişət tullantılarını müğənninin pərəstişkarlarına sataraq qazanc əldə edib.
Mərasim bitdikdən sonra əraziyə smokinqdə gələn C.Jinyak küçələrdə atılmış siqaret kötükləri, kağız stəkanlar, plastik içki çöpləri, parça qalıqları, konfet bükümləri və bir ədəd "AirPod" qulaqlığı toplayıb.
Rəssam toplanan əşyaları üzərində "Just & Married" yazısı və nikah tarixi qeyd olunmuş xüsusi şəffaf konteynerlərə yerləşdirib. Konteynerlər ölçüsündən asılı olaraq 25 və 100 dollar qiymətinə satışa çıxarılıb və qısa müddət ərzində pərəstişkarlar tərəfindən alınıb.
C.Jinyak qeyd edib ki, o, uzun müddətdir ABŞ-nin müxtəlif şəhərlərində əlamətdar hadisələrdən sonra tullantıları toplayaraq onlayn formatda satmaqla məşğuldur
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 12 İyul 2026 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















