Icma.az
close
up
RU
Teymur Mustafayevin müalicəsi üçün 40 min manat lazımdır: Anası müraciət etdi

Teymur Mustafayevin müalicəsi üçün 40 min manat lazımdır: Anası müraciət etdi

Azxeber.com saytına istinadən Icma.az xəbər verir.

3 il öncə avtomobil qəzasına düşərək yataq xəstəsi olan Xalq artisti Teymur Mustafayevin (Teymur əmi) adını daşıyan nəvəsi Teymurun köməyə ehtiyacı var.

Qəzadan sonra ağır onurğa beyin travması səbəbilə əl və ayaqların hərəkətsizliyindən əziyyət çəkən 31 yaşlı Teymur Mustafayev reabilitasiya kursu keçmək üçün xaricə yollanmalıdır.

Bu haqda onun anası Gülnarə Mustafayeva AZXEBER.COM-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Teymurun ayağa qalxması üçün 40 min manata ehtiyac var:

"Dünyanın bir çox böyük ölkələrində Teymurun müalicəsi ilə məşğul ola biləcək güclü mərkəzlər var. Amma təəsüflər olsun ki, çox bahadır və o məbləği qarşılamağa bizim gücümüz çatmır. Araşdırmalarıma görə İsraildə, Türkiyədə və Moskvada olan bu mərkəzlərdə müalicə yüz minlərlə manat vəsait tələb edir. Təəssüflər olsun ki, orada müalicə almağımız mümkün deyil. Ona görə də biz Rusiyanın Novosibrsk şəhərində bir mərkəz tapmışıq. Orada Teymurun müalicəsi üçün lazım olan bütün avadanlıqlar var. Qiyməti də digər ölkələrə nisbətən daha münasibdir. Ora gedə bilsək 3 ay reabilitasiya kursu keçməliyik. Bunun üçün də bizə 40 min manat vəsait lazımdır.

Anası qeyd edib ki, Teymurun ayağa qalxa bilməsi üçün az zaman qalıb: 

"Onu da deyim ki, Teymurun ayağa qalxa bilməsi üçün artıq 4 il zamanı qalıb. Həkimlərin sözlərinə görə 4 il sonra onu ayağa qaldırmaq mümkün olmayacaq. Çünki sümüklər bərkiyir, deformasiya olur. İmkanı olan şəxslərdən, qurumlardan xahiş edirəm ki, imkan daxilində bizə kömək etsinlər".

Teymura kömək etmək istəyənlər üçün hesab nömrəsi:

5522 0993 4066 8664 (ABB Bank)

Aysel Hacızadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 04 Aprel 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri